Şrift:
İran Suriyaya ordu yeritdi
15.10.2015 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Hələb şəhərinə irimiqyaslı hücumun təşkili üçün Suriyaya minlərlə hərbçisini göndərib.

Suriya ordusu İran və “Hizbullah” koalisiyası ilə birlikdə Hələb şəhərində mövqe tutmuş silahlılara qarşı genişmiqyaslı hücuma keçməyə hazırlaşır.

Məlumata görə, hücuma bir həftə öncə Xama əyalətində üsyançılarla döyüşlərdə iştirak etmiş hərbçilər cəlb olunacaq. Yerli hakimiyyət qurumlarındakı mənbə prezident Bəşər Əsədə dəstək məqsədilə İrandan hücuma qatılacaq minlərlə hərbçinin gəldiyini bildirib.

Məlumatda o da bildirilir ki, irimiqyaslı döyüşə hazırlıq artıq yekunlaşıb, hazırdaSuriya ordusunun bütün qüvvələri, “Hizbullah” şiə hərəkatının ən peşəkar döyüşçüləri səfərbər edilir, əsas rolun İran hərbçilərinə veriləcəyi planlaşdırılıb. Hücumun yaxın vaxtda başlayacağı bildirilir.

İnform.az
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed