Şrift:
Zərif Obama ilə əl verdiyinə görə izahat verib
15.10.2015 [12:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 13-də ölkə parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasına gedərək iki həftə əvvəl BMT-dəki toplantıda ABŞ prezidenti Barak Obama ilə görüşüb əl verməsi barədə izahat verib.
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının həmin iclasına qatılan deputat Əhməd Əli Moqimi Zərifə belə bir sual verib: “Siz İran millətinin nümayəndəsi kimi BMT iclasına qatılıbsınız və faktiki olaraq İran xalqının adından Obama ilə əl veribsiniz. Bunu niyə etdiniz”.
Xarici işlər naziri Məhəmmədcava Zərif isə deputatın cavabında deyib ki, onunla Obamının bir dəqiqəlik görüşü tamamilə təsadüfi olub və o diplomatik qaydalara uyğun rəftar edib. “Adətən prezidentlər çıxış edəndən sonra səhnəni tərk edirlər. ABŞ prezidenti də belə etmişdi. Lakin o sonradan qayıdıb mənə doğru gəlməyə başladı və mən islam ənənələrinə və ədəb qaydalarına uyğun olaraq tam təsadüfi şəkildə onunla əl verdim. Hər şey bir dəqiqənin içində baş verdi. Obama isə həmin görüşdə mənə bunları dedi: “Siz nüvə razılaşmasının əldə olunması üçün çox zəmət çəkib, əmək sərf edibsiniz. Çalışmalıyıq ki, bu razılaşma tam icra olunsun”. Belə görünür ki, Obama mənimlə yox, prezident Həsən Ruhani ilə görüşüb əl verməyi planlaşdırmışdı. Bu isə mümkün olmadı.” - deyə Zərif bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasının iclasına qatılmaq üçün Nyu-Yorka səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə ABŞ prezidenti Barak Obama sentyabrın 28-i sübh saatlarında BMT binasının koridorlarının birində “təsadüfən” üz-üzə gələrək bir-biri ilə əl verib, bir neçə saniyəlik danışıblar.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed