15.10.2015 [13:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Salmas şəhərində Beynəlxalq Qız Uşaqları Günü qeyd olunub.
Oktyabrın 11-də (mehrin 19-da) keçirilən mərasim Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə baş tutub. Mərasimə şəhər məsulları, uşaqlar və onların ailələri qatılıb.
Yerli məsulların çıxış etdiyi mərasimdə bir çox proqramlar icra olunub. Mərasimin proqramları türk teatr və dastanları, Azərbaycan musiqisi və rəqsi, həmçinin Azərbaycan orkestrinin icrasından ibarət olub.
3 saat davam edən mərasimin sonunda uşaqlar və ailələrə türk dilində yazılmış kitablar hədiyyə olunub.
Qeyd edək ki, Oktyabrın 11-i "Beynəlxalq Qız Uşaqları Günü"dür. Bu gün uşaq yaşlarında ərə verilmə də daxil edilməklə, müxtəlif problemlərlə üzləşən qız uşaqlarının hüquqlarının müdafiəsinə həsr edilib.

Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |