Şrift:
Təbriz həndəvərində ətraf-mühit problemlərinə səbəb olan yaşayış məntəqələri
15.10.2015 [13:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda kəndlərdən şəhərə köç edən əhalinin böyük əksəriyyəti, imkansızlıqdan şəhər həndəvərində məskən salır.
Yerli məsullar bu barədə dəfələrlə xəbərdarlıq etdikləri halda, bu dəfə Təbriz şəhər şurasının üzvü fərqli açıqlama verib. İrəc Şəhin Baher Təbriz Şurasının şəhərsalma və memarlıq komisyonunun keçirdiyi iclasda bildirib ki, “Təbriz həndəvərində məskunlaşmaq prosesi dayanıb. Buna baxmayaraq şəhərə ilhaq edilən kəndlərdə torpağın ucuz olması və məhdudlaşdıran qanunların olmaması, kənd ətrafında yaşayış məntəqələrinin yaradılmasına səbəb olub.”

Şura üzvünün sözlərinə görə, “şəhərə ilhaq edilən kəndlərdə zəruri altyapının olmaması bu kəndlərdə ictimai və ətraf-mühit problemlərinə yol açıb.”

İ.Şəhin Baher bu vəziyyətin yaranmasını, idarəçiliyin zəif olması ilə əlaqələndirib.

Qeyd edək ki, son zamanlar Təbriz və Urmiyə kimi böyük şəhərlərdə ətraf-mühit problemlərinin artdığı gündəmə gəlib. Bu problemin bir hissəsi şəhər həndəvərindəki yaşayış məntəqələri ilə bağlıdır. Ekspertlərin fikrinə görə, bölgədə yoxsulluq bu səviyyədə olduğu müddətdə vəziyyətin düzələcəyinə heç bir ümid yoxdur.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed