16.10.2015 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Konstitusiyaya (Ana yasaya) Nəzarət Şurası ölkə parlamentinin nüvə razılaşmasının icrasına dair bir neçə gün əvvəl qəbul etdiyi layihəni təsdiqləyib.
Oktyabrın 14-ü axşam saatlarında qurumun keçirdiyi iclasda layihə qısa müzakirəyə çıxarılaraq ona tutulan 3-4 kiçik irada baxıldıqdan sonra yekdilliklə təsdiq edilib.
Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Nicatullah İbrahimiyan isə jurnalistlərə açıqlamasında deyib ki, qurumun üzvləri bu layihənin şəriətə və ölkə konstitusiyasına zidd olmadığını bildirdikdən sonra onu təsdiq ediblər.
Qeyd edək ki, oktyabrın 13-də İran parlamentində Qərblə nüvə razılaşmasının icrasına dair layihənin təfərrüatı müzakirəyə çıxarılandan sonra səs çoxluğu ilə qəbul edilib.
Parlament iclasında razılaşmaya müxtəlif və müvafiq deputatların çıxışından sonra Qərblə nüvə razılaşmasının icrasına dair layihənin təfərrüatı səsə qoyulub. Səsverməyə qatılan deputatlardan 161 nəfər layihənin lehinə, 59-u isə əleyhinə səs verib. 13 nəfər də bitərəf qalıb.

Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |