16.10.2015 [11:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yol və Şəhərsalma nazirinin şəhərsalma və memarlıq işləri üzrə müavini şəhərlərin inkişafı layihələrinin oxşar olmasından öz narahatlığını bidirib.
Piruz Hənaçı ölkənin 27-ci memarlıq və şəhərsalma özəl oturumunda hər şəhərin memarlıq və şəhərsalma üslubunun o şəhərin tarixi mədəniyyət və kimliyinə uyğun olmalı olduğunu bəyan edib.
Nazir müavini Urmu gölü böhranına da toxunub: “Koordinasiya məsələsində ciddi problemlərimiz var. Urmu gölü böhranı gəlişmə məfhumuna olan zidiyyətli baxışların məhsulu kimi ortalığa çıxıb. Belə ki, bir dövr caddələr diqqət mərkəzində oldu, başqa bir dövrdə isə Urmu gölü ilə əlaqəli olan bəndlər gündəmə gətirilib.”
P.Hənayi vurğulayıb ki, Bu fərqli yanaşmalar Urmu gölünün böhranına yol açıb və bunun nəticəsində Urmu gölünə axan çaylar üzərində 44 bənd tikilib. Ona görə də bugünkü böhran həmin zidiyyətli baxışların məhsulu sayılır.”
Xatırladaq ki, dünyanın ikindi böyük duzlu gölü olan Urmu gölünün artıq 95 faizi quruyub. Bir çox ekspert gölün qurumasını gölə axan çaylar üzərində inşa edilən bəndlərlə əlaqələndirir. Dövlət isə bu zəmində heç bir konkret səbəb göstərmir və gölün canlandırılması ilə bağlı ən kiçik layihə belə həyata keçirilmir.

Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |