31.01.2012 [19:24] - İdman
Danışılmış oyunlarla bağlı Türkiyə futbolunda yaranan böhran dərinləşir
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar vəzifəsindən istefa verib. APA-nın xəbərinə görə, M. Ə. Aydınlarla birlikdə iki vitse-prezident – Göksəl Gümüşdağ və Lütfü Arıboğan da istefaya gediblər. Fevralın 27-də TFF-nin yeni prezidentini seçmək üçün fövqəladə qurultay keçiriləcək.
Xatırladaq ki, danışılmış oyunlarla bağlı istintaq və həbslərlə əlaqədar ötən ilin iyulundan bəri Türkiyə futbolunda ciddi böhran yaranıb. Qalmaqalda “Fənərbağça” başda olmaqla 8 klubun adı keçir. TFF UEFA-nın israrlarına baxmayaraq, indiyə qədər bu klublara cəza verməyib. Son olaraq UEFA TFF-dən cəzaları tezləşdirməyi tələb etmişdi.
Onu da qeyd edək ki, M. Ə. Aydınlar “Fənərbağça” klubunun üzvüdür. Onun “”Fənərbağça”ya cəza verən prezident olaraq tarixə keçmək istəmirəm” dediyi bildirilir.

Bu xəbər oxucular tərəfindən 1207 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |