Şrift:
Zəncan vilayətində mollalar sosial şəbəkələrdə daha aktiv olacaq
17.10.2015 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Zəncan vilayətində din xadimlərindən İslam və İnqilab dəyərlərini təbliğ etmək üçün sosial şəbəkələrdə daha fəal olmaları tələb olunub. Bu tələb Zəncan vilayətində keçirilən “təbliğatçılar üzrə ekspert konfransı” adlı tədbirdə vilayət məsulları tərəfindən irəli sürülüb.
Zəncan Valiliyi, Zəncan Ədliyyəsi və İmam Sadiq Hövzəsinin məsul şəxsləri din xadimlərindən istəyiblər ki, din təlimləri, əxlaq və milləti dövlətə yaxınlaşdırmaq kimi məsələlərdə social şəbəkələrdə daha aktiv olub və bu istiqamətdə təbliğ etsinlər.

İmam Sadiq Seminariyasının müdiri axund Nasir Məhəmmədi sosial şəbəkələrin toplumun bütün təbəqələrin diqqət mərkəzində olduğuna işarə edərək, ona nəzarət etməyin əhəmiyyətindən danışıb.

“Sosial şəbəkələr toplumun bütün fərdlərini öz içinə alaraq onların yaşam tərzini təsir altına alır. Bu şəbəkələrin dağıdıcı və zərərli təsirləri təhdid hesab edilir, amma doğru idarəetmə ilə bu təhdidi ən aşağı səviyyəyə düşürmək mümkündür,” deyə Nasir Məhəmmədi ifadə edib.

Zəncan valisinin müavini isə əhalinin hakimiyyət, dövlət və icra qurumlarına qarşı etimadını cəlb etmək məqsədi ilə gərəkli təbliğatın aparılmasını istəyib.

Qeyd edək ki, İranda informasiya blokadası məqsədi ilə bir çox internet saytı rejim tərəfindən bağlanılıb. Bununla yanaşı sosial şəbəkələrə və ümumiyyətlə məcazi aləmə nəzarət etmək üçün xüsusi polis qüvvəsi yaradılıb. Nəzarətçi polis çoxsaylı internet istifadəçini müxtəlif bəhanələrlə tutur və məhkəmə qarşısına çıxarır.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed