17.10.2015 [11:53] - Gündəm, DAVAMın yazıları
Ümumiyyətlə, Orta Asiya respublikalarının demək olar ki, hamısı Rusiya meylli olduğu üçün bu bəzən təhdid və zor gücünə, bəzən də bilərəkdən olur. Məsələn, Qırğızıstan bir ara Avropaya meylliliyini gizlətmirdi, hətta bu ölkədə Qərbin dəstəyi ilə “narıncı inqilab” da baş verdi. Rusiya geosiyasi maraqlarını nəzərə alıb buna biganə qala bilməzdi. Nəticədə, Qırğızıstanda bir ildən, iki ildən bir hökumət dəyişiklikləri baş verdi. Bu o zamana qədər davam edəcək ki, Qırğızıstan tam Rusiyanın istəyi ilə oturub duracaq.
İranın bu bölgədə işi çox çətin olsa da, o bu bölgədə ideoloji, iqtisadi, siyasi işlərini bir anlığa da dayandırmır, əksinə fəaliyyətini daha da gücləndirir. İstisna etmirəm ki, 2015-ci ilin sentyabr ayında Tacikistanda cəhd edilən çevrilişdə İranın bəzi rəsmilərinin iştirakı olub. Bu çevriliş cəhdi Orta Asiyada çoxdan ocağı sönmüş, ancaq közü qalan və hər zaman öz işartılarını alova çevirməyə cəhd edən islamçıların Əfqanıstandan, İrandan maddi və siyasi dəstək almasının bir xəbərdarlığı idi.
Eyni hadisələr 90-cı illərin əvvələrində Azərbaycanda da baş verirdi. Rəsmi Tehran, yaxud onun qeyri-hökumət təşkilatları ölkəmizdə milyonlar xərcləyib təbliğat aparırdılar. Bu təbliğatın nəticəsində, bir vaxtlar Azərbaycanın cənub bölgəsinin məscidlərində İranın dini lideri Ayətullah Xomeyninin portreti asılırdı. Eyni zamanda bu strukturlar vasitəsilə (bu indi də davam edir) müxtəlif narkotiklərin Azərbaycana daşınması, onu narkotranzit ölkəyə çevirməsi, həm də gənclərimizin kütləvi şəkildə narkotikaya aludə olması həyata keçirilir. Maraqlıdır, onlar narkotika satışına görə öz vətəndaşlarını edam etməkdən belə çəkinmirlər, ancaq Avropaya ötürülən narkotranzit marşrutlarına bəzən rəhbərlik edir, bəzən isə dəstək verirlər.
***
Yadınıza gəlirsə Şuşanın işğalı zamanı o zamankı prezident səlahiyyətlərini həyata keçirən Milli Məclisin sədri Yaqub Məmmədov 1992-ci ilin 7-8 mayında Tehranda rəsmi səfərdə idi. Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsini tənzimlənmək üçün Ermənistanla Azərbaycan arasında münasibətləri yumşaltmağa cəhd edir, eyni zamanda özünün regionda nüfuzunun yüksək olduğunu Qərbə göstərmək istəyirdi. Baxmayaraq İran kəşfiyyatı Şuşanın işğal olunması xəbərini bilirdi və bunu Azərbaycan tərəfinə ötürmədi.
Regionda nüfuzunu yüksəltməyə çalışan İrana o zaman elə Rusiya ən böyük zərbəni vurdu. Rus qoşunlarının köməyilə Şuşa işğal olundu, bununla da regionda İranın Cənubi Qafqazda geosiyasi maraqları ayaqlar altına atıldı. Yaxud, iki məşhur millət vəkilimizin- Afiyəddin Çəlilov və Ziya Bünyadovun öldürülməsində, onlara sui-qəsd edilməsində qonşu dövlətə məxsus olan “Ceyhullah” təşkilatının üzvlərinin əli olduğu ortaya çıxdı, cinayətkarlar həbs olunaraq məhkəmə qarşısında dayandılar və layiqli cəzalarını da aldılar.
Fikrimizin təsdiqi kimi hörmətli professor yazır ki, İranın ayrıca olaraq Cənubi Qafqazda yürütdüyü “region dövlətləri ilə hərtərəfli əlaqələr yaradaraq onları öz geosiyasi və hərbi-geostrateji təsiri altında saxlamaq” siyasəti də, mütəxəssislərin fikrinə görə, Azərbaycanla münasibətlərinin timsalında açıq-aydın göstərir. Müstəqilliyin ilk illərindən başlayaraq İranın İslam dövləti kimi Azərbaycana, onun müsəlman əhalisinə, rastlaşdığı problemlərə, o cümlədən Dağlıq Qarabağ məsələsinə yanaşması yalnız sözdə “birmənalı açıq dəstək” üzərində qurulmuşdur. O yazır: “regional təhlükəsizlik məsələlərinə yanaşmada İran Azərbaycanın regional təhlükəsizlik siyasətini bir neçə prinsipial məqama görə qəbul etmir. Bunlardan birincisi, Azərbaycanın təhlükəsizlik sahəsində həyata keçirdiyi regional siyasət və dünyanın mövcud təhlükəsizlik strukturları ilə tərəfdaşlıq münasibətləri yaratmasıdır. İran ... Azərbaycan və Gürcüstanın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı yürütdükləri siyasəti və fəaliyyəti ciddi narahatlıqla qarşılamışdır.
İkinci amil, İranın bölgədəki erməni etnik separatizminə, bu əsasda yaşanan yerli və regional münaqişələrə- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibəti ilə bağlı olmuşdur. Rəsmi Tehranın bu həssas məsələyə münasibəti və yanaşması Azərbaycanı heç zaman qane etməmiş və edə də bilməzdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində İran sözdə özünü “sülh və ədalət” tərəfdarı kimi göstərərək hər iki tərəfə vasitəçilik təklif etsə də, münaqişənin qarşısının alınması və işğalçı Ermənistana qarşı regional təzyiqlərin göstərilməsi istiqamətində indiyə kimi heç bir əməli tədbir görməmişdir...” (Bax. s. 373-374)
Yuxarıda göstərilən amillərin təbiidir ki, öz səbəbləri var. Bunlardan ən birincisi, İranın milli təhlükəsizliyinə, onun geosiyasi, geosiqtisadi maraqlarına ən böyük zərbə vura bilən zərbələrdən biri və ən başlıcası bu ölkə əhalisinin yarısının, qeyri rəsmi məlumatlara görə türk kökənli olmasıdır (bunlardan ən çox İranın şimalında yaşayan Azərbaycan türkləri, haradasa əhalinin sayı 40%-dən çoxunu təşkil edir. Qaşqay türkləri, türkmənlər və s. bura aiddir). İran tərəfi belə düşünür ki, Azərbaycan dövlətinin varlığı, onun demokratik inkişafı və cəlbediciliyi nə zamansa bu ölkədə yaşayan azərbaycanlıların İranda hökm sürən teokratik rejimə etiraza və nəticədə onun sərhədlərinin dəyişməsinə səbəb olar. Qonşumuz bu məsələyə çox ciddi yanaşır və bunun həddən artıq nigarançılığını keçirir.
Birinci səbəb, ABŞ alimi C. Kornel yazır ki, İranın təhlükəsizliyi Azərbaycan dövlətinin və bu ölkədə yaşayan çoxsaylı etnik azərbaycanlıların vəziyyəti ilə birbaşa bağlıdır. Cənubi Azərbaycan məsələsi İranın onsuz da dağılmaqda olan çoxmillətli dövlət strukturuna ciddi təhlükə hesab olunur.
İkinci səbəb, əgər bu ölkənin geosiyasi maraqlarına nəzər salsaq və onun Cənubi Qafqaz siyasətində yerləşən ərazilərə diqqət yetirsək, görərik ki, bu sərhədlərin əksər hissələrində, Türkiyə də daxil olmaqla, türk kökənli insanlar yaşayırlar. Ölkənin daxili və sərhədboyu əhali strukturu, yerli aərbaycanlıların kompakt yaşaması və sayca çoxluğu, ətrafdakı türk mənşəli xalqların və dövlətlərin mövcudluğu İranı daima narahat etmiş, buna qarşı həmişə əks planlar həyata keçirməyə çalışmışdır. Və bu gün də bu məsələ qonşu dövləti narahat etməkdədir.
ABŞ tədqiqatçısı B. Şoferin fikrinə görə, İranın qeyri-fars əhalisi xarici aləmin təsirinə həddindən artıq həssasdır, çünki onlar özlərinin etnik qohumluq əlaqələrində olan xalqlar və dövlətlərlə bağlıdırlar.
Üçüncü səbəb isə, İranın Xəzər hövzəsində və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik siyasətinə birbaşa təsir göstərən amillərdən biri də, bölgədəki hərbi-geostrateji qüvvələr balansının onun xeyrinə olmaması, NATO-nun “Şərqə doğru genişlənmə” proqramının həyata keçirilməsinin qarşısını ala bilməməsidir.
Qüvvələr balansının regionda dəyişməsi İranın milli təhlükəsizliyini təhdid edir fikri, hələ bu dövlətin analitiklərinin qırmızı xətlə qeyd etdiyi əsas səbəblərdən biridir. Məlumdur ki, Türkiyə, o cümlədən onun hərbu müttəfiqi olan ABŞ və NATO İranın birbaşa rəqibi hesab olunur. Eyni zamanda, bölgədə balanslaşdırılmış siyasət yürüdən, məlum səbəbdən Ermənistandan savayı, qonşu dövlətlərlə “bərabər əməkdaşlıq” münasibətlərinin tərəfdaşı olan Azərbaycan və NATO-ya üzv olmaq istədiyini gizlətməyən, bunu açıq şəkildə bəyan edən Gürcüstan isə Qərbin hərbi-geostrateji tərəfdaşı kimi dəyərləndirilir. İranın ən çox qorxduğu məsələ Azərbaycan və Gürcüstanın ABŞ və NATO qüvvələrinin Xəzər dənizinə çıxmasına razılıq verməsidir. Bu da Xəzər hövzəsində artıq bu dövlətin əleyhinə olacağına heç bir şübhə qalmadığından xəbər verir.
Ardı var

Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |