19.10.2015 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatları (ABŞ) İranın ballistik raket sınaqlarını Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarını pozmaqda və beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pauer çıxışı zamanı bildirib ki, İranın keçən həftə ballistik raketlərinin sınağını həyata keçirməsi Birləşmiş Millətlər Təşkilatı (BMT) sanksiyalarının açıq-aşkar pozulmasıdır.
Onun sözlərinə görə, ABŞ-ın apardığı yoxlamalardan sonra bu raketlərin nüvə başlığı daşımağa qadir olduğu bəlli olub.
Samanta Pauer vurğulayıb ki, onun ölkəsi bu sınaqdan çox narahatlıq hissi keçirir.
Qeyd edək ki, keçən həftə İran özünün “Emad” ballistik raketlərinin sınağını həyata keçirib.

Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |