19.10.2015 [09:59] - Gündəm, Hadisə
Iranın Tehran-Qum maqistral yolunda ağır yol qəzası baş verib, 20 nəfər həlak olub.
Bu barədə İran polisinin yollara nəzarət mərkəzinin sədri general Nadir Rəhmani "Presstv" xəbər kanalına deyib.
Məlumatda bildirilir ki, Tehran-Qum qədim maqistral yolunda üç avtomobil (yük maşını, minik avtomobili və mikroavtobus) bir-biri ilə toqquşub. Hadisə yerli vaxtla saat 18:30 radələrində baş verib.
N.Rəhmani deyib ki, qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşınının sürücüsü həlak olub: “Həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır və onlar İran ərazisinə qanunsuz daxil olublar.”
N.Rəhmaninin sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb ki, onlardan 3 nəfəri Qum şəhəri Şəhid Behişti adına xəstəxanaya, 7 nəfəri isə Nikuyi xəstəxanasına aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |