Şrift:
Birləşmiş Ərəb Əmirliklərində tutulan iranlı müəllim azadlığa buraxılıb
19.10.2015 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir həftədən çoxdur Birləşmiş Ərəb Əmirliklərində tutulan 9 iranlı müəllim azadlığa buraxılıb. 13 müəllimə də bir neçə gün əvvəl buraxılmışdı.
İranın xarici işlər nazirinin konsulluq işləri üzrə müavini Həsən Qəşqavi oktyabrın 16-da jurnalistlərə açıqlamasında deyib ki, iranlı müəllimlər rəsmi Tehranın Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri ilə danışıqlarından sonra buraxılıb. İranın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Məcid Fəyyaz isə jurnalistlərlə görüşündə iki ölkə arasında yaranmış problemdən danışıb: “ Ümid edirik ki, yaranmış problemin aradan qaldırılmasından sonra İranın bu ölkədəki məktəblərinin fəaliyyəti bərpa ediləcək”.
Xatırladaq ki, İranın Birləşmiş Ərəb Əmirliklərindəki məktəblərində tədrislə məşğul olan 22 müəllim oktyabrın 7-də məhkəməyə çağırıldıqdan sonra saxlanılıb. Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri bildiriblər ki, saxlanılan iranlı müəllimlərin Dubay vizası ilə Əbu Dabidə, o cümlədən də “Əl-Eyn” şəhərində fəaliyyət göstərməsi qanunsuzdur. Onların bildirdiyinə görə, tutulan iranlı müəllimlərin “Əl-Eyn” məntəqəsinin vizasını almadan orada fəaliyyət göstərməsi qanuna zidd addımdır.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed