19.10.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan valisi seçkilər ərəfəsində milli şüarların səsləndiriləcəyindən öz nigaranlığını bildirib.
İsmail Cabbarzadə parlament seçkiləri ərəfəsində Şəqri və Qərbi Azərbaycan və həmçinin Ərdəbil vilayətlərinin məsulları ilə görüşdə onları seçkilər zamanı diqqətli və məsuliyyətli olmağa çağırıb.
Seçkilərdə nəzarət və icra heyətlərinin üzərinə önəmli məsuliyyət düşdüyünü bildirən vali, bu iki heyətin bir-biri ilə daim əlaqədə olmalı olduğunu vurğulayıb.
Məsulların qarşısında çıxış edən İ.Cabbarzadə vurğulayıb ki, “bəziləri etnik məsələsindən su-istifadə edir. Lakin hər şey qanun çərçivəsində olmalıdır və kimsəyə əhalini aldatmaq üçün imkan yaradılmayacaq. Seçkilər ərəfəsində etnik şüarlarına qarşı ciddi tədbir alınacaq və bu məsuliyyət mərkəzi seçki komisyonun üzərinə düşür.”
Qeyd edək ki, İ.Cabbarzadənin sistemin bir yüksək rütbəli şəxsi kimi Azərbaycan Milli Hərəkatından ehtiyatlanması yeni bir hadisə deyil. Bundan öncə də, seçkilər kimi ictimaiyyətin həssas olduğu günlərdə, İran rəsmiləri və təhlükəsizlik qüvvələri Azərbaycan Milli Hərəkat fəallarının qarşısını almaq üçün müxtəlif tədbirlər o cümlədən zorakılıq üsullarına əl atıblar.

Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |