19.10.2015 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Rəhim Qulami ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil Şöbəsinə çağırılıb.
Oktyabrın 5-də (mehrin 13-də) ETTELAAT-ın Ərdəbil Şöbəsində ruhi işgəncələr altında 4 saat müddətinə sorğu-suala tutulan fəal növbəti dəfə təhdid edilərək idarəyə çağırılıb.
Telefon vasitəsi ilə fəalı idarəyə çağıran ETTELAAT məmurları onu öz vəziyyətini mətbuata çıxardığına görə hədələyiblər.
“Müəyyən mənbələrdən sızan məlumatlara görə, Ərdəbilin ETTELAAT məsulları bu şəhərin stadionunda qaldırılan plakatlar və divarlar üzərində Ana Dili və Abbas Lisani ilə bağlı yazılan şüarlardan olduqca narahatdır. Ona görə də, ərdəbilli fəallara təzyiqlər artırılıb və R.Qulami qanunsuz olaraq telefon vasitəsi ilə idarəyə çağırılıb. Fəala bildirilib ki, oktyabrın 17-də (mehrin 25-də) yerli vaxtla saat 9:00-da Ərdəbilin ETTELAAT Şöbəsinə müraciət etməlidir. Məmurlar həmçinin azərbaycanlı fəalı təhdid edərək bu xəbərin mətbuata çıxarılmamasını tələb ediblər.”

Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |