Şrift:
Təbrizdə Vətənimiz-gələcəyimiz adlı mərasim keçirilib
19.10.2015 [13:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın paytaxtı Təbriz şəhərində “Vətənimiz-gələcəyimiz” adlı mərasim keçirildiyi barədə məlumatlar yayılıb.
Davam.az “GAMAC” təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, Güney Azərbaycanın bir qrup ziyalıları, ictimai xadimləri və ağsaqqalları tərəfindən keçirilən mərasimdə İran parlamentinə qarşıdan gələn seçkilərdən və seçki ərəfəsində Azərbaycan şəhərlərində mövcud durum və ictimai şərait ətrafında fikir mübadiləsi aparılıb.

Mərasimdə həmçinin Güney Azərbaycan şəhərlərində milli ziyalılar və dinc fəallara qarşı təzyiqlərin artırılması və onların müxtəlif bəhanələrlə tutulub həbsə salınması məsələsinə toxunuluraq mövcud vəziyyətdən çıxış yolları barədə məsləhətləşmələr aparılıb.

Azərbaycanın milli ziyalıları və bir qrup təcrübəli ictimai xadimlərinin qatıldığı mərasimdə həm də həbsdə saxlanan dinc fəallar, o cümlədən də Abbas Lisani, Hüseyn Əliməhəmmədi və başqalarının mövcud bütün təzyiqlər qarşısında müqavimət göstərməsi yüksək dəyərləndirilib, onlara bəzi hədiyyələr nəzərdə tutulduğu bildirilib. Hər iki fəal həbsdə saxlandığına görə, onlar üçün nəzərdə tutulmuş hədiyyələr onların yaxınlarına və ya yaxın silahdaşlarına verilib.

Qeyd edək ki, Azərbaycan ziyalılarının iştirakı ilə vaxtaşırı Təbrizdə keçirilən “Vətənimiz-gələcəyimiz” adlı mərasimdə Güney Azərbaycanın müxtəlif problemləri müzakirəyə çıxarılır, ətrafında fikir mübadiləsi aparılır.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed