20.10.2015 [10:11] - Xəbərlər, Siyasi partiyalar
27 Saylı Sabunçu 2-ci seçki dairəsindən deputatlığa namizəd Piriyeva Nəzmiyyə Salman qızı KANAL 24 də digər dairələrdən olan namizədlərlə debatda iştirak etdi. Namizədlərə verilən suallara , şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazıçılar Birliyinin, İrak-Türkmən Yazıçılar Birliyinin, Türkiyə Elmi Ədəbi Əsər Sahiblərinin Məslək Birliklərinin üzvü, bir neçə kitab müəllifi Nəzmiyyə Piriyeva suallara bu cür aydınlıq gətirdi: “ Mən namizədliyimi 27 saylı Sabunçu 2-ci Seçki Dairəsindən, Milli Dirçəliş Hərakatı Partiyasının təşəbbüsü əsasında irəli sürmüşəm. Sabunçu rayonunun Ramana kəndində yaşayıram. Düşünürəm ki, şəffaf bir seçki prosesinə qatılmışam. Siyasi-iqtisadi, hərbi və digər sahələrdə günü-gündən inkişaf edən, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanımızda yaşadığıma görə əminəm ki, bu ilki seçkilər də azad və şəffaf keçiriləcəkdir.”
Bu xəbər oxucular tərəfindən 1583 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |