20.10.2015 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avropa Birliyi İrana qarşı sanksiyaların aradan qaldırılması üçün “lazımi qanun çərçivəsini qəbul etdiyi barədə bəyanat yayıb.
Avropa Birliyinin xarici işlər naziri Federika Moqerini və İranlı həmkarı Məhəmmədcavad Zərifin oktyabrın 18-də yaydığı birgə bəyanatında deyilir ki, İranla 5+1 qrupu arasındakı tərəflər nüvə razılaşmasının icrası ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ən qısa bir zamanda yerinə yetirməyə başlayıblar: “Avropa Birliyi oktyabrın 18-də İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qoyulan bütün iqtisadi sanksiyaların aradan qaldırılması üçün lazımi qanun çərçivəsini qəbul edib.
Bildirilib ki, İrana qarşı qoyulan beynəlxalq sanksiyaların aradan qaldırılmasına nüvə razılaşmasının icrasına başlandığı gündən və Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehranın nüvə fəaliyyətinin dinc xarakter daşımasını təsdiq etdiyi andan başlanılacaq”.
Birgə bəyanatda həmçinin qeyd olunur ki, nüvə razılaşmasının icrası ilə bağlı vaxt cədvəlinin təyin edilməsi problemin həlli istiqamətində qarşı tərəflərin kollektiv iradəsini nümayiş etdirir

Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |