Şrift:
İranlı axund: Nüvə razılaşması ölkə lideri tərəfindən hələ təsdiqlənməyib
20.10.2015 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 16-da Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Cənnəti namaz xütbəsindəki çıxışında Qərblə nüvə razılaşmasından və Qərbin İrana nüfuz etməyə cəhdindən danışıb.
Axund Əhməd Cənnəti deyib ki, əgər ölkəyə qoyulan sanksiyalar tamamilə ləğv edilsə demək olar ki, Qərblə aparılmış nüvə danışıqları nəticə verib, yox əgər sanksiyalar geriyə salınsa və ya müvəqqəti dayandırılsa o zaman demək olar ki, bu müzakirələr məğlubiyyətə uğrayıb: “Bəziləri elə güman edir ki, nüvə razılaşmasını parlament qəbul edib. Halbuki bu razılaşma ölkənin Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilərək təsdiq edilib. Lakin razılaşma ölkənin dini lideri tərəfindən hələ təsdiqlənməyib və imzalanmayıb.

Axund Cənnəti Qərbin bölgəyə və ölkənin həssas mərkəz və postlarına nüfuz etməyə cəhdinə də toxunub: “Qərbin ümumi planı regionu ələ keçirmək və ona hakim olmaqdır. Onlar Suriyanı, İraqı və İranı ələ keçirməyə çalışırlar və bu planı həyata keçirməkdə də çox ciddidilər. Qərb, sistemin həssas mərkəzlərinə nüfuz etməyə çalışır. Düşmənlər istəyirlər ki, bu həssas mərkəzlərə nüfuz etməklə hökuməti istədikləri məcraya və ya istiqamətə yönlətdirsinlər. Onlar həmçinin növbəti parlamentə də öz adamlarını göndərməyə cəhd göstərirlər. Bunun isə qarşısı alınmalıdır”.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed