Şrift:
Azərbaycanlı fəalın avtomobili əsassız ittihama görə saxlanılıb
20.10.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, milli-mədəni fəal Kərim Tirinin avtomobili əsassız ittihama görə Sofiyan şəhərində saxlanılıb.
İranın təhlükəsizlik məmurları Nadarlı kənd sakini olan fəal Kərim Tirinin avtomobilini onun arxasında Mustafa Kamal Atatürkün məşhur “Ne mutlu türküm diyene” cümləsini yazdığına görə saxlayıblar. Təhlükəsizlik məmurları azərbaycanlı fəalı həmin bir cümləyə görə pantürkizmdə və separatçılıqda (bölücülükdə) günahlandırıblar.

Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin qurucusu sayılan böyük öndər Mustafa Kamal Atatürk bu məşhur cümləsini özünün mühüm nitqlərinin birində Türkiyə xalqının tarix və milli kimliyini təkzib etməyə çalışan Qərb, o cümlədən də Avropanın o dönəmdki imperialistlərinə cavab olaraq işlətmişdi. Atatürk demişdi ki, türklər də digər Avropa xalqları kimi zəkalı və çalışqandırlar və hər türk özünü yalnız o zaman xoşbəxt saya biləcək ki, öz doğma dilinə və milli varlığına sahib çıxaraq türk olması ilə fəxr etsin.

Qeyd edək ki, İranda milli zəmində apardıqları dinc fəaliyətlərinə görə tutulan azərbaycanlı fəallar pantürkizmdə və separatçılıqda günahlandırılırlar.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed