21.10.2015 [10:51] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdıracağıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat verəcəyik.
İlkin olaraq, Fərəc Quliyevin sosial məsələlərlə bağlı səsləndirdiyi təkliflərdən 15-ni seçib təqdim edirik:
Əmək haqlarının artırılması və yaşayış minimumunun istehlak səbətinə uyğunlaşdırılması təklifi
- İstehlak səbətinin dəyəri 167 manat civarındadır. Ona görə də əhalinin əsas sosial –demoqrafik qrupları üzrə yaşayış minimumun məbləği ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 87 manat müəyyən olunması qətiyyən doğru deyil. Yaşayış minimumu haqqında müəyyən olunmuş məbləğlər istehlak səbətinə uyğun deyil və 15% bahalaşmanı da nəzərə alaraq əmək haqqı artırılsın.
(Hələlik həyata keçirilməyib)
***
Sovet dövründə əhalinin banklara yatırılmış əmanətlərinin geri qaytarılması təklifi
(3 dəfə səsləndirilib)
- 2011-ci ildə də sovet dövründə əhalinin banklara yatırılmış əmanət-lərinin geri qaytarılması ilə bağlı heç bir addım atılmır. Bu sahədə bizdə heç bir hərəkət müşahidə edilmir. Təklif edirəm ki, İqtisadi Siyasət Komissiyasında bu məsələ müvafiq komissiyalarla birgə müzakirə edilsin və bu problemin həlli istiqamətində konkret addım atılsın.
(Həyata keçirilib)
***
Yoxsul təbəqə üçün sosial dövlət proqramın hazırlanması və əmanətlərin qaytarılmasıyla bağlı ikinci təklif
- Cəmiyyətin bölünməsinin və sosial bərabərsizliyin aradan qaldırılması üçün biz payız sesiyasında müzakirələri gündəliyə salmalı və müvafiq qanunlar qəbul etməliyik. Həmçinin, sovet dönəmindən qalmış əmanətlərin qaytarılması məsələsi də məncə, payız sesiyasında müzakirəyə çıxarılmalıdır.
(Hökumət tərəfindən sosial dövlət proqramı hələ də hazırlanmayıb)
***
Əmanətlərin qaytarılması ilə bağlı Prezidentin sərəncamının icrasını tələb edən təklif
- Sovet dövründən əmanət banklarında qalmış əmanətlərin öz sahiblərinə qaytarılması ilə bağlı Prezidentin müvafiq sərəncamını hökumət bu il də nəzərə almayıb və bu məsələ 2012-ci ilin büdcəsində də əksini tapmayıb və bu, təəssüf doğurur. İnsanların uzun illərdən bəri gözləntisinə, nəhayət, müsbət cavab verilməlidir. Bu il büdcədə mütləq əmanət banklarında qalmış əmanətlərin heç olmasa bir qisminin qaytarılması üçün müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulmalıdır.
(Həyata keçib)
***
Həkim və müəllimlərin əmək haqqlarının bir neçə dəfə artırıl-masıyla bağlı təklif
(2 dəfə irəli sürülüb)
- Həkim və müəllimlərə verilən 100-150 manat əmək haqqı ilə dolanmaq olmaz. Buna görədir ki, son vaxtlar korrupsiyaya qarşı mübarizə, o cümlədən təhsil və səhiyyə sistemində rüşvətin qarşısının alınması ilə bağlı görülən tədbirlərin heç bir nəticəsi yoxdur. Bu təbəqənin maaşları bir neçə dəfə artırılmalıdır.
(Hələlik həyata keçirilməyib)
***
Sosial ipotekanın artırılması təklifi
- Sosial ipoteka üçün 40 milyon vəsait azdır və artırılmalıdır.
(Qismən həyata keçib)
***
Yaşayış minimumunin artırılmasıyla bağlı ikinci təklif
- Mütləq yoxsulluqla mübarizə siyasəti həyata keçirilməsi nəzərdə tutulursa, ehtiyac meyarı, yaşayış minimumuna yanaşma dəyişməlidir.
(Hələlik həyata keçirilməyib)
***
Minimum əmək haqqı və pensiyaların artırılması təklifi
(2 dəfə səsləndirilib)
- Minimum əmək haqqı, pensiyaların minimum məbləği, yaşayış minimumunun həddinin artırılması vacibdir.
(Qismən həyata keçirilib)
***
Yoxsulluğun aradan qaldırılması siyasətinin yürüdülməsi təklifi
(2 dəfə təklif edilib)
- Bu günkü büdcə siyasətində ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq siyasəti yürüdülür, amma nisbi yoxsulluq siyasəti yürüdülməsi vacibdir.
(Hələlik həyata keçirilməyib)
***
Əlillərin sosial müdafiəsi ilə bağlı təklif
- Əlillərin sosial infrastrukturdan maneəsiz istifadəsi təmin olunmalı, müavinətləri arırılmalıdır.
(Qismən həyata keçirilib)
***
İkinci dəfə müəllimlərin və həkimlərin maaşlarının artırılmasıyla bağlı təklif
- Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir. Bu sahədə çalışanların maaşları əhəmiyyətli dərəcədə artırılmalıdır.
(Hakimiyyət tərəfindən qismən təmin edilib)
***
Qiymətlərin artması səbəbindən minimum əmək haqqının artırıl-ması təklifi
- Yanacaq qiymətləri artdıqdan sonra, ölkədə istehlak səbətinin dəyəri icbari ödənişlər ucbatından qalxmışdır. Ona görə də yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı yenidən tənzimlənməli-məbləğ qaldırılmalıdır.
(Hələlik həyata keçirilməyib)
***
İkinci dəfə qiymətlərin artması səbəbindən minimum əmək haqqının artırılmasıyla bağlı təklifi
- Yanacağın qiyməti qalxdıqdan sonra hər kəs bunu bilir ki, bazarda qiymətlər dəyişib, qalxıbdı, mən ehtiyac meyari, minimum əmək haqqı məsələsinə yenidən baxılmasının zəruri olduğunu düşünürəm. Düşünürəm ki, bu məsələnin də parlamentdə müzakirə olunması və rəqəmlərin dəyişilməsinə çox böyük ehtiyac vardır.
(Hələlik həyata keçirilməyib)
***
Dilənçilərlə bağlı konseptual təklif
- Bakının siması günü gündən yaxşı mənada dəyişir, ölkəmizin imici pozitiv mənada hər gün dəyişir. Amma, ölkənin əsasən mərkəzi hissələrində çoxlu dilənçilərin olması sirr deyildir. Az qala sanki inzibati ərazi bölgüsü ediblər, müşahidə etdikdə görürsən ki, hansı harada yerləşir. Hesab edirəm ki, bunların hamısıda ehtiyac üzündən burada olmurlar. Bəlkə belə bir təşəbbüslə Ombusman Elmira xanım çıxış edə ki, xüsusi kompların təşkil olunması ilə bunların orda müvəqqəti yerləşdirilməsi, çeşidlənməsi təşkil olunsun. Əgər ehtiyacı olan insanlar varsa, onları qocalar evlərinə, uşaqlar evlərinə , xəstələr evlərinə yerləşdirilməsi təmin olunsun. Digər hissəsi isə bu məsələdən sui istifadə edirlərsə, gərəyi olan tədbirlərin görülməsi ilə bu küçələrdən yığışdırılmalıdır.
(Qismən müvafiq tədbirlər həyata keçirilib)
***
Azərbaycanda fəaliyyət göstərən xarci şirkətlərdə vətəndaşlarımızın işlə təmin olunmasını və hüquqlarının qorunmasını təmin edən proqramın hazırlanması təklifi
- Azərbaycan işçisinin hüquqlarının məhdudlaşdırılmaması üçün əsasən karbohidrogen ehtiyatlarının istehsalı, ixracatı ilə məşğul olan xarici şirkətlərlə hər hansı müqavilə bağlanarkən işçi olaraq Azərbaycan vətəndaşının işlə təmin olunmasını önə çəkməli maaşla təminatda əcnəbi vətəndaşdan aşağı maaş verilməməsi şərt olması nəzərə alınmalıdır.
(Bəzi xarici şirkətlərlə müqavilədə nəzərə alındı)

Bu xəbər oxucular tərəfindən 1015 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |