Şrift:
Daha bir Sepah zabiti Suriyada öldürülüb
21.10.2015 [12:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha bir zabiti Mehdi Əlidust Suriyada İŞİD qüvvələrinə qarşı hərbi əməliyyatda öldürülüb.
İran mənbələrinin yaydığı məlumata görə, “Sepah”ın “Qüds” qanadının zabitlərindən biri olan Mehdi Əlidust Suriyanın Hələb şəhəri yaxınlığında İŞİD-ə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb. İranın Qum şəhərindən Bəşər Əsəd rejiminin müdafiəsi üçün Suriyaya göndərilən “Sepah” zabitinin nə vaxt öldürüldüyü açıqlanmayıb.
Son günlərdə meyiti ölkəyə gətirilmiş Mehdi Əlidustun oktyabrın 20-də Qum şəhərində dəfn ediləcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl də Bəşər Əsəd rejiminə dəstək vermək üçün Suriyaya göndərilən “Sepah”ın daha bir neçə komandir və zabiti, eləcə də onlarla digər üzvü bu ölkədə baş verən qarşıdurmalarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed