22.10.2015 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol takımının baş məşqçisi Tuni Olivera komandası barədə diqqət çəkən ifadə işlədib.
Oktyabrın 20-də “Traxtur”la “Saypa” arasında keçirilən müsabiqə (2 – 0) hesabı ilə “Traxtur”un xeyirinə başa çatdıqdan sonra mətbuat konfransı keçirilib. Konfransda “Traxtur”un baş məşqçisi müsabiqənin İnzibati Komitənin çıxardığı qərara görə tamaşaçısız keçirildiyindən təəssüflənərək 2 ardıcıl müsabiqədə qalib gəldiklərindən sevincini dilə gətirib.
Tuni Olivera jurnalistlərdən birinin problemlərlə bağlı irəli sürdüyü suala cavab verməkdən yayınıb. O bildirib ki, “Hazırda bundan artıq izah etməyə ehtiyac yoxdur. Lakin hər zaman “Traxtur”dan getmək istəsəm onda dilə gətirmədiyim sözləri deyəcəm. Ama bu dəqiqə heçnə demək istəmirəm.”
Qeyd edək ki, “Traxtur” klubunun xəbərlərini izləyənlər, bu komandanın sadə bir futbol takımı olmadığını yaxşı bilir. Azərbaycan türkləri bu komandanın müsabiqələrində milli və mədəni hüquqlarının təmini uğrunda müxtəlif şüarlar səsləndirir və bu şəkildə komanda daxili və xarici medianın diqqət mərkəzinə gəlir. “Traxtur” komandasına qarşı rejimin təzyiqləri də ayrıca bir mövzudur. Bu təzyiqlər müsabiqələrin nəticəsinə təsir etməkdən tutmuş İnzibati Komitənin qərəzli qərarları və “Traxtur” tərəfdarlarının həbs edilməsi kimi qanunsuz hərəkətlərdən ibarətdir. Tuni Oliveranın dilə gətirmədiyi, lakin komandadan gedərkən söyləyəcəyi sözlərin nə olduğunu isə zaman göstərəcək!

Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |