22.10.2015 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Milli Hərəkat fəallarının ardıcılı fəaliyyəti Güney Azərbaycanın rəsmi orqanlarına da müəyyən qədər təsir etməkdədir. Bu son illərdə Güney Azərbaycan vilayətləri ilə Türkiyə və Azərbaycan Cümhuriyyətləri arasında genişlənən əlaqələrdə özünü göstərməkdədir.
Zəncan Vilayətinin İqtisadi İşləri üzrə baş müdiri “Təsnim” xəbər agentliyi ilə müsahibədə bildirib ki, “Türkiyə idxal və ixracatda Zəncan vilayətinin ən önəmli ticarət tərəfdaşıdır. Belə ki, ötən il vilayətin 43 faiz idxalı və 37 faiz ixracatı Türkiyə Cümhuriyyətinin payına düşür. “
Əbulfəzl Abbasçian əlavə edib ki, “İraq, Pakistan, Almaniya və Hindistan ixracatda, Almaniya, Hind, Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə idxalda Zəncan vilayətinin ticarət tərəfdaşı hesab olunur.”
Bu arada Türkiyə Cümhuriyyəti ilə Qərbi və Şərqi Azərbaycan vilayətləri arasında müxtəlif istiqamətlərdə əlaqələr inkişaf edir.
Türkiyənin Urmiyədəki baş konsulu ilə Qərbi Azərbaycanın Gənclər və İdman mərkəzinin rəisi keçirdikləri görüşdə idman və mədəniyyət sahələrində münasibətlərin daha da genişləndiriləcəyini bildiriblər. Məhəmməd Bulut və Abdullah Çəməngülü, ortaq dəyərlər və mədəniyyətin mövcud olmasını tərəflər arasında mədəni və idman protokollarının bağlanmasına zəmin yaratdığını bəyan ediblər.

Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |