22.10.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az güneyli şair Hadi Qaraçay "Amerikanın Səsi"nə verdiyi müsahibəni təqdim edir:
Güneyli şair Hadi Qaraçay Amerikanın Səsi ilə söhbətdə əslən türk olub, amma İranda yürüdülən kimlik siyasəti təsiri altında müxtəlif etnik qrupları aşağılayan sənətçilərə qarşı konkret mövqe sərgiləməyin zəruri olduğunu vurğulayıb. Son vaxtlar məşhur iranlı aktyor Əkbər Əbdinin İran televiziyasının canlı proqramında Səudiyyə Ərəbistanına səfəri ilə bağlı bir xatirə anladarkən dilə gətirdiyi sözlər ərəblərə qarşı irqçi ifadələr kimi dəyərləndirilib və İran mediasının gündəminə çıxıb. Hadi Qaraçay həmin olayla bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.
Şair Qaraçay Əkbər Əbdinin əslən Ərdəbildən olan türk olduğunu nəzərə çatdıraraq, İrandakı qeyri-fars yazarlar və sənətçilərin İran millətçiliyi istiqamətində davranışlarının səbəblərini şərh edib.
Əkbər Əbdinin ifadələrinin İranın dövlət televiziyasında yayılmış olmasını önə çəkən güneyli fəal bunu fars olmayan toplumlara qarşı yürüdülən sistemli siyasətin bir hissəsi kimi qiymətləndirir:
“Bu, İranın dövlət kanalıdır. Əslində İranda xüsusi kanal yoxdur. Əkbər Əbdinin çıxıb orada danışması daha öncədən planlaşdırılmış, öz aralarında ən azı hesablanılmış bir söhbətdir. Ərəb, türk və başqa fars olmayan millətlərə qarşı belə irqçi hərəkətlər birinci dəfə deyil... TV proqramlarında özəlliklə türklər və ərəblərə qarşı belə səsləndirmələr çox olur. Mən dövlət kanalı olduğunu ona görə deyirəm ki, bu, əsasən dövlət sisteminin bir parçasıdır, başqa xalqları əzib, İran millətiadı ilə əritmək iradəsinin parçasıdır.”
Norveçdə yaşayan şair əsərləri və çıxışlarında müxtəlif etnik qruplara qarşı irqçi ifadələr istifadə etmiş iranlı sənətçi, yazar və şairlər haqqında danışarkən xüsusilə məşhur şair Əhməd Şamlının türklər haqqında yazdıqlarına diqqət çəkir.
O, əslən türk və ya başqa qeyri-fars etnik qruplara mənsub olub, amma İran millətçiliyi təməlində başqa mədəniyyətlər və dillərə yuxarından aşağı baxan yazarlar və sənətçilərin rəftarını İranda yürüdülən rəsmi siyasəti açıqlayaraq dəyərləndirir.
“İranda siyasi hakimiyyət fars dili və mədəniyyəti və bizi türklüyümüzdən uzaqlaşdıran bir sistemin üzərində qurulduqdan sonra ümumiyyətlə türkün köklərini aradan qaldırmaq lazim oldu. Çünki bunun varlığı o sistemə bir təhlükədir. Türk varlığı və türklərlə əlaqəli olan hər şeyi aradan qaldırmaq üçün bir siyasi sistem götürüldü,” deyə o söyləyir.
Onun sözlərinə görə, yürüdülən siyasət küçələrdəki insanlardan Əkbər Əbdi kimi aktyorlar, yaxud da dünya şöhrətli şair Əhməd Şamlı kimilərə qədər bir çox insan üzərində öz təsirini buraxıb.
araçay insanların mənsub olduqları kimlik və mədəniyyətə qarşı alçaldıcı ifadələr işlədilməsinə assimilyasiya siyasətinin bir fəsadı kimi baxır.
Hadi Qaraçay həmçinin, qeyri-fars dillərin tədris edilməməsi ilə əlaqəli yasaqlara diqqət çəkərək məhdudiyyətlər və maneələrin insanların beynini yönləndirdiyini ifadə edir.
“Ümumiyyətlə sınır qoymaq və məhdudiyyət yaratmaq insanların düşüncə tərzinə etki buraxmaq üçündür. İnsanlar farsca yazmaq qərarına gəlir, niyə? Çünki türkcə öyrənə, oxuya bilməyib. 18 yaşına gəlib hələ bir türkcə roman oxumayıb... Sınır və sərhədlər insanların beyninə yön verir,” deyə o əlavə edib.
Müsahibənin audiosunu aşağıdakı linkdən dinləyə bilərsiniz:
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |