01.02.2012 [11:10] - Siyasət
Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin analoqunun olmadığını vurğulayıb.
“Bu gün əgər biz ortaq düşmənə qarşı birgə mübarizə aparırıqsa, bu, artıq çox önəmlidir. Azərbaycan-Türkiyə münasibətlərini bundan sonra da pozmaq istəyənlər olacaq. Biz buna yol verməməliyik, çünki dünyada Azərbaycanı Türkiyədən, Türkiyəni də Azərbaycandan çox istəyən yoxdur”.
Q.Paşayeva İstanbulun Taksim meydanında fevralın 26-da “Hamımız qarabağlıyıq, hamımız xocalılıyıq” adlı böyük tədbirin keçirilməsini təklif edib.
“Kiçik bir elan verilsə, bütün meydan bir an içində izdihamla dolar. Həmin tədbirdə hamımız xocalılı, qarabağlı olacağıq. Məhz orada biz əsl soyqırmının harada və kimlər tərəfindən həyata keçirildiyini dünyaya nümayiş etdirə bilərik”.
“Yeni Şafak” qəzeti yüz dəfə də Azərbaycanın əleyhinə yazsa, biz bunlara cavab verməyəcəyik. Çünki Türkiyənin əleyhinə yaza bilmərik”- bunu millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas deyib.
“Azərbaycan bundan artıq nə etməlidir? Biz Parisi bombalaysı deyilik ki? Türkiyə prezidenti erməni ilə nahar edəndə belə Azərbaycan mətbuatı bir cümlə belə yazmır. Çünki Türkiyənin cümhur başqanı bizim cümhur başqanımız, baş bakanı bizim baş bakanımızdır”.
Millət vəkili deyib ki, aradakı anlaşılmazlıqları aradan qaldırmaq üçün Türkiyə səfirliyi aparıcı qəzetlərin baş yazarlarını dəvət edib, onlarla müzakirələr aparmalıdır.
“Özbək, türkmən və qazax hələ türk deyil. Azərbaycan və Türkiyə türk dünyasının iki inkişaf etmiş dövlətləri kimi bu cür yazılarla münasibətlərin korlamnasına imkan verməməlidir”.
Millət vəkili təəsüf edib ki, Azərbaycanın müxalif qəzetləri “Yeni Şafak”ın yazdıqlarını sevinə-sevinə manşetə çıxarır, Türkiyə də elə bilir ki, bütün xalq belə düşünür.
Millət vəkili Gülər Əhmədova bildirib ki, indiki həssas dönəmdə türklər biri-birinin əlindən çox bərk tutmalıdırlar. O, türk dünyasının birləşməsinin vacibliyini vurğulayaraq, Türkiyə və Azərbaycan qardaşlığı və strateji mütəfiqliyi çox yüksək səviyyədə olduğunu deyib.
Millət vəkili Jalə Əliyeva isə deyib ki, Türkiyə ilə Azərbaycan arasında birlik sözdə yox, əməldədir. “Ötən 20 ildə iki dövlət tərəfindən bu, dəfələrlə sübut olunub”.
Deputat Musa Qasımlı isə Moskva arxivlərindəki sənədlərinin araşdırılmasının vacibliyini önə çəkib və deyib ki, həmin sənədlər açılandan sonra heç kim “erməni soyqırımı” məsələsinə inanmayacaq. “Çünki həmin sənədlər ötən əsrin əvvəllərində bitərəf şəxslər tərəfindən yazılıb”.
***
Millət vəkili Qənirə Paşayevadan sitat gətirən Türkiyənin “Zaman” qəzeti onun “Fransa bundan sonra ATƏT-in Minsk qrupunun həmsədri qismində qala bilməz, o bu haqqını itirdi” bəyanatını verib.
Bundan başqa “Zaman” millət vəkilinin Xocalı soyqırımının Türkiyədə də anılması və həmin gün “Taksim” meydanında aksiya keçirilməsi təklifini qeyd edib.
“Biz bütün dünyaya bu məsələdə də birliyimizi nümayiş etdirməliyik”.
Qeyd edək ki, fevralın 26-ı “Taksim” meydanında Xocalıya dəstək aksiyası keçirilməsi istiqamətində artıq addımlar atılır.
Millət vəkili Qənirə Paşayeva Türkiyənin BENGÜTÜRK.TV-nin Ana Xəbər proqramında canlı olaraq Fransa Senatının qəbul etdiyi qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi, Azərbaycanın addımları və İstanbulda keçirilməsi nəzərdə tutulan "Hamımız Xocalılıyız, hamımız Qarabağlıyıq" aksiyasından danışıb.

Bu xəbər oxucular tərəfindən 1613 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |