Şrift:
Türkiyədə əsgərləri ildırım vurdu: 3 nəfər öldü, 11 nəfər yaralandı
23.10.2015 [10:08] - Gündəm, Hadisə
Türkiyədə çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hakkari vilayəti Yüksekova rayonunun Dağlıca bölgəsində əməliyyata gedən hərbçiləri ildırım vurub. Bu barədə "Haber7" qəzeti məlumat verir.

Bədbəxt hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 11 hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed