Şrift:
Sepah və Bəsicin daha 3 üzvü Suriyada gedən döyüşlərdə öldürülüb
23.10.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) və onun nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının daha 3 üzvü Suriyada İŞİD qüvvələrinə qarşı aparılan döyüşlərdə öldürülüb.
“Sepah”ın üzvü Muctaba Kərəmi və “Bəsic” üzvləri Məcid Saneyi Müvəffəq və Rza Damrudi oktyabrın 19-da Suriyanın Həskə məntəqəsində İŞİD-çilərə qarşı aparılan hərbi əməliyyatda həlak olublar.
İran mənbələrinin yaydığı məlumata görə hər üç şəxsin meyitləri ölkəyə gətirilərək oktyabrın 22-də İranın Həmədan və Səbzəvar şəhərlərində dəfn edilib. İŞİD-çilər tərəfindən həlak olan həmin şəxslərin Suriyaya haçan göndərildiyi açıqlanmayıb.
Qeyd edək ki, İran İslam Respublikası Suriya rejiminin və onun prezidenti Bəşər Əsədin əsas müttəfiqlərindən və böyük himayədarlarından biri sayılır. İran hökuməti bundan əvvəl Əsəd rejiminə dəstək vermək üçün Suriyaya hərbi qüvvə göndərdiyini inkar etsə də, “Sepah” qüvvələrinin bu ölkədə hərbi əməliyyatlara qatılması barədə sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Son həftələrdə isə “Sepah”ın onlarla komandir və üzvünün meyitləri ölkəyə gətirilib.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed