23.10.2015 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Mazandaran əyalətinin Çalus şəhərində Məhərrəm ayı münasibətilə məclislərin birində verilən ehsan yeməyindən daha 250 nəfər zəhərlənib.
İran mənbələrinin yaydığı məlumata görə, kütləvi zəhərlənmə oktyabrın 20-si axşam saatlarında baş verib və ehsan yeməyinə qatılan 250 nəfər xəstəxanalıq olub.
İranın Təcili Tibbi Yardım İdarəsinin sözçüsü Muctaba Xalidi okrtabrın 21-də jurnalistlərə açıqlamasında deyib ki, xəstəxanaya çatdırılan şəxslərin əksəriyyəti ilkin müalicə alandan sonra evə buraxılsa da, onlardan 14-ü hələ də xəsrtəxanada müalicə alır və səhhəti ağır olduğuna görə ciddi həkim nəzarətində saxlanılır.
Muctaba Xalidi zəhərlənmənin səbəbini öyrənmək üçün araşdırılmalara başlanıldığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl də İranın Kirman əyalətinin Ənduhcerd məntəqəsində verilən ehsan yeməyindən 240 nəfər ağır zəhərlənərək xəstəxanaya çatdırılmışdı.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |