Şrift:
DİN-dən radikal dindarların tutulması ilə bağlı açıqlama
23.10.2015 [18:05] - Gündəm, Hüquq
Daxil olmuş məlumat əsasında Yasamal Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla, 42 nəfər saxlanılıb.

Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.

Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed