23.10.2015 [18:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin Güney Azərbaycanla bağlı apardığı ayrı-seçkilik siyasəti bir çox sahədə tənəzzülə səbəb olub.
Qərbi Azərbaycan vilayəti Təhsil Şöbəsinin rəsmisi bu vilayətdə çoxsaylı insanın savadsız olduğuna diqqət çəkib.
Nəcəfi Qərbi Azərbaycanda savadsız insanların cəlbi planı ilə bağlı koordinasiya məqsədi ilə keçirilən iclasda bildirib ki, 6 yaşdan çox insanların 20.5 və 10-49 yaş arası insanların 12 faizi savadsızdır.
Nəcəfi Qərbi Azərbaycanda savadsızların 42 faizinin əşayir təbəqəsinə aid olduğunu xüsusi vurğulayıb. O təhsil probleminin olduğu müxtəlif məntəqələrdə yerli təlim mərkəzlərində gündəlik həyat, ictimai və fərdi məharətlərin öyrədilməsinə də işarə edib.
Qeyd edək ki, Azərbaycan vilayətlərində xüsusi ilə də Qərbi Azərbaycanda təhsil imkanları minimum həddədir. Hətta bu imkanlar o qədər məhduddur ki, təhsil ocaqları binaları əksər halda yerli xeyriyyəçi şəxslər tərəfindən təmir edilir vəya yenidən tikilir. Bu barədə yerli məsullar dəfələrlə xəbərdarlıq etsələr də rejimin gənəl siyasətində heç bir dəyişiklik edilməyib.

Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |