Şrift:
Əhmədinejadın keçmiş mühafizi Suriyada İŞİD-çilər tərəfindən öldürülüb
24.10.2015 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın keçmiş prezidenti Mahmud Əhmədghinejadın sabiq şəxsi mühafizi Abdullah Baqiri Niyarəki Suriyada İŞİD-çilər tərəfindən öldürülüb.
Suriya prezidenti Bəşər Əsəd hökumətini qorumaq üçün Suriyaya göndərilən Abdullah Baqiri Niyarəki oktyabrın 22-si axşam saatlarında bu ölkənin Hələb şəhərinin yaxınlığında İŞİD-ə qarşı hərbi əməliyyatda həlak olub.

Ailəli və iki qız atası olan 33 yaşlı keçmiş mühafizin meyitinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

Qeyd edək ki, İran İslam Respublikası Suriya rejiminin və onun prezidenti Bəşər Əsədin əsas müttəfiq və himayədarlarından biri sayılır. İran hökuməti bundan əvvəl Əsəd rejiminə dəstək vermək üçün Suriyaya hərbi qüvvə göndərdiyini inkar etsə də, “Sepah” qüvvələrinin bu ölkədə hərbi əməliyyatlara qatılması barədə sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Son həftələrdə isə “Sepah”ın onlarla komandir və üzvünün meyitləri ölkəyə gətirilib.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed