24.10.2015 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Hökumət sizin mülahizələrinizə riayət edəcək”
İran prezidenti Həsən Ruhani oktyabrın 22-də ölkənin dini lideri ayətullah Əli Xamneyinin nüvə razılaşmasının icrası ilə bağlı bir gün əvvəl ona yazdığı məktubuna cavab verib.
Ruhaninin Xamneyiyə yazdığı cavab məktubunda deyilir ki, hökumət Qərb ölkələri ilə nüvə razılaşmasının icrasında ölkə liderinin bütün mülahizələrini nəzərə alacaq, ona riayət edəcək: “İran xalqının qəhrəmancasına müqaviməti sayəsində və sizin Qərblə danışıqlar aparan nümayəndə heyətimizdə və hökumətdəki övladlarınızın gecə-gündüz səyi nəticəsində dünyanın 6 fövqəldövləti təhdid, təzyiq və sanksiyaların nəticə vermədiyini görəndən sonra İran millətinin hüququnu tanıdılar. Halbuki iki il əvvəl gündən-günə artan təhdid və təzyiq dolu çaxnaşma şəraitində hətta belə bir nailiyyətin əldə ediləcəyini təsəvvür etmək də mümkün deyildi.
İran İslam Respublikası hökuməti sizin, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının və İslami Şura Məclisinin bütün mülahizələrini nəzərə alıb ona tam riayət edərək nüvə razılaşmasının icrasına başlayacaq. Razılaşmanın icrası prosesində hökumət qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə əməl edib-etmədiyini tam diqqətlə izləyib nəzarətdə saxlayacaq, ona münasib və düzgün reaksiya vermək üçün ölkənin Ali Milli Təhlükəsizlik Şurasında qərar qəbul edəcək”.
Xatırladaq ki, Əli Xamneyi oktyabrın 21-də Həsən Ruhaniyə məktub yazaraq ölkənin Ali Milli Təhlükəsizlik Şurasının Qərblə nüvə razılaşması ilə bağlı qəbul etdiyi qərarı təsdiqləyib.
Məktubunda İranın Qərblə nüvə danışıqlarına məhz ölkəyə qoyulan dağıdıcı və ziyanlı iqtisadi sanksiyaların ləğvi üçün başladığını vurğulayan Xamneyi nüvə razılaşmasının tam icrası üçün bir neçə şərt də qoyub. Xamneyi deyib ki, müzakirələrə qatılan Amerika və Avropa Birliyi razılaşmanın icrasından əvvəl İrana qoyulan sanksiyasların biryolluq ləğv ediləcəyi barədə yazılı şəkildə iltizam verməli, ölkəyə əlavə sanksiyalar qoymaqdan imtina etməlidir: “Avropa Birliyinin və ABŞ prezidentinin məsələ ilə bağlı bəyanatlarında sanksiyaların tamamilə götürülməsi şəffaf şəkildə öz əksini tapmalıdır. Bundan sonra sanksiyaların saxlanılması ilə bağlı hər hansı bir bəyanatın səsləndirilməsi isə nüvə razılaşmasının pozulması kimi qiymətləndiriləcək”.

Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |