Şrift:
Daha 16 Sepahçı Suriyada öldürülüb
24.10.2015 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının daha 16 üzvü Suriyada gedən döyüşlərdə İŞİD-çilər tərəfindən öldürülüb.
Oktyabrın 22-si axşam saatlarında Suriyanın Hələb şəhərində İŞİD-ə qarşı həyata keçirilən hərbi əməliyyatda həlak olan “Sepah”çıların kimliyi hələlik mediaya açıqlanmasa da, ölənlər arasında “Sepah”ın nəzarətində fəaliyyət göstərən və üzvləri İranda yaşayan Əfqanıstan qaçqınlarından olan “Fatimiyyun” hərbi hissəsinin komandanı Rza Xavərinin də olduğu bildirilir.

Hələbdə həlak olan “Sepah”çıların meyitlərinin yaxın günlərdə ölkəyə gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, İran İslam Respublikası Suriya rejiminin və onun prezidenti Bəşər Əsədin əsas müttəfiq və himayədarlarından biri sayılır. Rəsmi Tehran bundan əvvəl Əsəd rejiminə hərbi dəstək verdiyinə inkar etsə də, “Sepah” qüvvələrinin bu ölkədə hərbi əməliyyatlara qatılması barədə sosial şəbəkələrdə müxtəlif videolar yayılıb. Son həftələrdə isə “Sepah”ın onlarla komandir və üzvünün meyitləri ölkəyə gətirilib.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed