24.10.2015 [10:08] - Xəbərlər, İqtisadiyyat
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün yeni 1954A saylı estakadayanı meydançanın tikintisi uğurla başa çatdırılıb.
SOCAR-ın saytı məlumat verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında 10 ədəd istismar quyusunun qazılması üçün inşa olunmuş 1954A saylı estakadayanı meydança dənizin 17 metr dərinliyində yerləşdirilib. Burada qazılacaq quyulardan ümumilikdə sutkada 100 ton neft hasil olunacağı gözlənilir.
İnşaat işləri zamanı “Neftqaztikinti” Tresti tərəfindən 5 ədəd dayaq bloku, 4 ədəd aralıq seksiyası, 6 ədəd minik və yanalma meydançaları, 1 ədəd qülləaltı postament quraşdırılıb, 28 metr uzunluqda estakada tikilib, 384 ədəd dəmir beton plitələr quraşdırılıb, dayaq bloklarının ayaqlarına 30 ədəd svay vurulub.
Qeyd edək ki, həmin konstruksiyalar “General Əlağa Şıxlinski” kran gəmisi vasitəsilə layihə nöqtəsinə nəql edilib.

Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |