24.10.2015 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, oktyabrın 21-də (mehrin 29-də) Urmiuyənin Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə “Sərmayə bankı” takımı arasında müsabiqə keçirilib.
Super liqa rəqabətləri çərçivəsində keçirilən müsabiqə (3 – 1) hesabı ilə Urmiyə komandasının xeyirinə yekunlaşıb. “Şəhrdari” tərəfdarlarının böyük coşqusuna səbəb olan müsabiqədə soydaşlarımız milli və mədəni şüarlar səsləndirib.
Məlumata görə, müsabiqə bitdikdən sonra Qərbi Azərbaycan Voleybol Heyətinin rəisi qarşı komandanın məsulları ilə görüşmək üçün meydançaya daxil olub və onları salamlayıb. Bu anda Voleybol Federasyonunun göndərdiyi nümayəndə Mahmud Həddad idman (vərziş) və mədəni qaydalara sığmayan bir şəkildə Qərbi Azərbaycan Voleybol Heyətinin rəisini şiddətlə tənqid atəşinə tutub və ona qarşı təhqiramiz ifadələr işlədib. O bildirir ki, “sizin müsabiqə keçirməyə ləyaqətiniz yoxdur, müsabiqəni idarə edə bilmirsiniz. Sizin tamaşaçılar təhqiramiz şüarlar verir və mən bunun üçün narahatam. Bütün bunları raport (quzariş) kimi çatdıracam… .”
Cənab Fruzan isə Voleybol Federasyonu nümayəndəsinin sözlərini cavabsız qoymayəb. O bildirir ki, “Urmiyəli voleybol tərəfdarları olduqca mədənidir, onların İranda oxşarı yoxdur. Siz onları təhqir edə bilməzsiniz. Sizin vəzifəniz müşahidə etmək və raport verməkdən ibarətdir.”
Xatırladaq ki, Voleybol Federasyonunun nümayəndəsi o halda urmiyəli voleybol tərəfdarlarını təhqir edir ki, ötən il son müsabiqədə “Şəhrdari” tərəfdarları Tehranda təhqiramiz bir şəkildə döyüldü. Hətta onlardan bir neçəsi ağır yaralandı. Məsələ o qədər diqqət çəkdi ki, bir neçə azərbaycanlı millət vəkili hadisə ilə bağlı ciddi açıqlamalar verdi və öz etirazlarını bildirdilər. Lakin bütün bunlara baxmayaraq təzyiqlər və qərəzli münasibətlər başqa formalarda davam etməkdədir!

Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |