25.10.2015 [10:51] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin hərb, səhiyyə və kənd təsərrüfatıyla bağlı səsləndirdiyi təkliflərdən 5-ni seçib təqdim edirik:
Hərb və hərbiçilərlə bağlı təkliflər:
Ehtiyyatda və istefada olan Qarabağ müharibəsində iştirak etmiş hərbi qulluqçulara verilən müavinətlərin yenidən bərpa edilməsi təklifi
- Təklifim Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan hərbi qulluqçularla bağlıdır. Bu kateqoriyadan olanlara verilən müavinət keçən ilin may ayından dayandırılıb. Paradoks odur ki, hazırda hərbi xidmətdə olan müharibə veteranlarına və iştirakçılarına bu müavinət verilir. Amma, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan zabitlərə bu şamil olunmur. Məncə, bu paradoks aradan qaldırılmalı və müavinət hər kəsə verilməlidir.
(Hələlik həyata keçirilməyib)
***
Hərbiçilərin evlərində məskunlaşmış qaçqın və köçkünlər köçürülməsi təklif
- Qaçqın və köçkünlər yeni yerlərə köçürüləndə, ən əvvəl hərbiçilərin evlərində məskunlaşmış qaçqın və köçkünlər yerləşdirilməyə başlansın. Çünki, mənə xeyli zabitlərin müraciətləri vardır və onlar mənzil məsələsi ilə bağlı ciddi ehtiyac qarşısında qalıblar.
(Qismən həyata keçirilib)
***
İkinci dəfə hərbiçilərin evlərində məskunlaşmış qaçqın və köçkünlər köçürülməsiylə bağlı təklif
- Hökumətin məcburi köçkünlərin mənzillə təminatını yüksək qiymətləndirmək lazımdır. Məqsədəuyğun olar ki, qovulduqları vaxt hərbiçilərin mənzillərində məskunlaşmış məcburi köçkünlərin mənzillə təminatı ön plana keçirilsin. Beləliklə hərbiçilərimizin öz mənzillərinə köçməsi tezləşdirilər.
(Qismən həyata keçirilmişdir)
***
Səhiyyə ilə bağlı verilmiş təkliflər:
Psixatriya xəstəxanalarının yenidən qurulması təklifi
- Milli Preventiv mexanizmin funksiyalarının icrası ilə bağlı vacib olan bir məsələ həyata keçirilməlidir. Heç kimə sirr deyil ki, bu gün psixatirik xəstələrə münasibət və onların şəraiti münasib vəziyətdə deyil. Psixatriya xəstəxanalarındakı vəziyyəti kökündən dəyişmək lazımdır. Onların yeni şəraitdə qurulması və buradakı xəstələri diaqnozlara uyğun olaraq bir yerdə saxlanmasını təmin etmək baxımından ekspert-həkimlərlə xüsusi proqram hazırlamaq lazımdır.
(Hələlik həyata keçirilməyib)
***
Kənd Təsərrüfatı ilə bağlı təkliflər:
Əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaq və aqrar sektora daha çox üstünlük verməklə bağlı təklif
- Bir neçə rayon və şəhər mərkəzi xərclərdən azad olunub, amma əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, aqrar sektora daha çox üstünlük verməklə həm daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilər
(Həyata keçirilməyə başlanılıb)

Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |