Şrift:
Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)
26.10.2015 [09:43] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
01 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş partiya sədri, millət vəkili Fərəc Quliyevin dünən – 25 oktyabr 2015-ci il tarixində Suraxanı rayon Q.Abbasov adına Mədəniyyət Sarayında seçicilərlə görüşü keçirildi.

Anşlaqla keçirilən, yüzlərlə seçicinin qatıldığı görüş tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan MDHP sədrinin müavini Həbib Ələkbərsoy əvvəlcə Fərəc Quliyevin qısa tərcümeyihalını oxuduqdan sonra, onun ötən 5 ildə deputatlıq dönəmindəki fəaliyyəti ilə bağlı qısa arayışlar verdi.

Həbib Ələkbərsoy bildirdi ki, Fərəc Quliyevin təkçə Milli Məclisin kecirilmiş 114 Plenar İclasında 105 təkliflə çəxəş etmişdir. Bundan əlavə onun Komitədə irəli sürdüyü təkliflər də vardır. Eyni zamanda millət vəkli müxtəlif qurumlar qarşısında da məsələlər qaldırmışdır. Həbib Ələkbərsoy bildirdi ki, bu təkliflər və qaldırılmış məsələlər ən müxtəlif sahələri əhatə edir və əksəriyyəti həyata keçirilmişdir. Həyata kecirilməyən təkliflər isə dövlətin ayrı-ayrılıqda inkişaf proqramlarına daxil edilmişdir.

Natiq qeyd etdi ki, “Fərəc Quliyev ötən beş ildə seçicilərlə həm məhəlli görüşlərdə həm də fərdi görüşlərdə davamlı olaraq sakinlərlə ünsiyyətdə olmuş və rayonun demək olar bütün problemlərindən məlumatlı olmuşdur. Həmin problemlərin bir qismini Milli Məclisdə səsləndirmiş, bir qismini isə, icra orqanları qarşısında qaldırmışdır. Eyni zamanda Fərəc Quliyevin millət vəkili kimi bu 5 ildə iki qərargahı fəaliyyət götərərk sakinlərin ərizə və müraciətlərinə baxmışdır.

Edilmiş müraciətlər əsasında Fərəc Quliyev “Bakı şəhəri və onun sosial iqtisadi inkiçafına dair Dovlət Proqramı”na Suraxanı rayonu ilə bağlı təkliflər vermiş və rayon icra hakimiyyəti ilə birgə bunların çoxunun həllinə nail olmuşdur.

Natiq Fərəc Quliyevin digər fəaliyyətləri ilə də bağlı bir neçə arayış verdikdən sonra sözü namizədə verdi. Fərəc Quliyev seçicilərini salamladıqdan sonra, geniş məruzə ilə çıxış edərək, görüşün hesabat xarakterli olduğunu bildirdi. O, ötən beş illik fəaliyyəti ilə bağlı hesabatla yanaşı, namizəd kimi seçiləcəyi təqdirdə daha nə kimi planlarının olmasından danışdı.

Fərəc Quliyev görülən işlərin əsasən komleks xarakterli olmasına üstünlük verdiyini bildirdi:

Edilmiş bütün müraciətlərlə bağlı ya Parlamentdə, ya da müvafiq qurumlar qarşısında məslə qaldırdıq. Sonra da həmin mürcitələr əsasında mövcud problemin komleks həlli istiqamətində işlər gördük, müvafiq qərarların və qanunların qəbuluna nail olduq.”

Fərəc Quliyev daha sonra Suraxanı rayonun sosial-iqtisadi inkişafı ilə bağlı cabaları və əldə edilmiş nəaliyyətlərdən danışdı. O bu işlərdə ona kömək etmiş icra qurumları və bələdiyyəyə təşəkkürünü bildirdi.

Millət vəkli çıxışında beynəlxalq miqyasda etdiyi təmsilçiliklə bağlı da hesabat verdi. O bu səlahiyyətləri ona verdikləri üçün Suraxanı sakinlərinə minnətdarləq etdi.

Sonra söz verildi 44 saylı Sumqayıt seçki dairəsindən MDHP-nin deputatlığa namizədi, fəlsəfə elmləri doktoru, professor Fizuli Qurbanova. Professor milli düşüncənin hakimiyyətdə olmasının vacibliyindən danışaraq Fərəc Quliyevin bu mənada ən layiqli namizəd olduğunu vurğuladı. O bildirdi ki, Azərbaycanın müstəqilliyi uğrunda böyük mübarizələrdən keçmiş Fərəc Quliyev bu gün həyatını millətin milli dirçəlişinə həsr etməklə millətin vəkili kimi millət vəkilliyini haqq etmiş bir namizəddir. Fizuli Qurbanov bir ziyalı kimi seçiciləri Fərəc Quliyevə səs verməyə çağırdı.

Ardınca çıxış edən Suraxanı rayon Veteranlar Birliyinin sədri Eldar bəy Fərəc Quliyevin döyüş yollarından və döyüşçülərə göstərdiyi diqqətdən danışdı. O, bir döyüşcü kimi Fərəc Quliyevin ən layiqli namizəd olduğunu və döyüşçülər arasında olan nüfuzuna dayanaraq, veteranların daha çox ona səs verəcəyini bəyan etdi.

Seçicilərdən bir neçə nəfər də söz alıb çıxış etdilər və Fərəc Quliyevə millət vəkli kimi fəaliyyətinə görə təşəkkürlərini bildirdilər. Çıxışçılar onların namizədinin Fərəc Quliyev olduğunu və sakinlərin böyük əksəriyyətinin ona səs verəcəyini bildirdilər.

Sonra sədarət görüş iştirakçəlarının Fərəc Quliyevə olan suallarını aldı. Ən müxtəlif istiqamətdə verilmiş sualları Fərəc Quliyev bir bir cavablandırdı və şifahi edilmiş müraciətlərin müvafiq orqanlara göndərilməsi üçün rəsmiləşdirilməsini istədi.

Əsasən verilən suallar sosial problemlərlə bağlı, təhsil, hərbçilər, veteranlar və şəhid ailələri ilə bağlı oldu.

Ən təsirli məqam isə bir şəhid ailəsinin səbəbsiz işdən atılması və müdür tərəfindən şəhidin təhqir edilməsiylə bağlı edilən müraciət oldu.

Fərəc Quliyevi sarsıdan bu hadisəyə reaksiyası belə oldu: “Heç kimin bu məmləkətdə Şəhid yadigarına bu çür davranma haqqı yoxdur, sən rahat ol baçım, biz o adamın səndən üzr istəyəməsi və səni öz işinə qaytarmasıyla bağlı lazımı ölçü götürəcəyik!”

Seçiciləri dinlədikdən sonra Fərəc Quliyevin yekun nitqi söylədi.

Tədbirin başa çatdığını elan edən Həbib Ələkbərsoy növbəti görüşün qələbə görüşü olacağını söylədi.

FOTOŞƏKİLLƏR:
Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)

Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)

Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)

Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)

Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)

Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)

Fərəc Quliyevin seçicilərlə anşlaq görüşü (video, foto)


VİDEONU İZLƏYİN:
Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed