Şrift:
Əsəndərə-Sero keçid məntəqəsi açılıb
26.10.2015 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyə ilə İran arasında təhlükəsizlik məsələləri ilə əlaqədar bağlanan keçid məntəqələri yenidən açılmağa başlayıb.
Keçən günlərdə “Razi-Kapıköy” keçid məntəqəsi açıldıqdan sonra “Əsəndərə-Sero” sərhəd qapısı da təxminən 3 ay bağlandıqdan sonra yenidən açılıb.

Türkiyənin Gümrük və Ticarət naziri kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada “Əsəndərə-Sero” keçid məntəqəsinin artıq açıldığı və 2-ci gündən (doşənbə günü) bəri fəaliyyət göstərdiyi bildirilib.

Qeyd edək ki, İranla Türkiyə arasında “Gürbulaq-Bazirqan”, “Razi-Kapıköy” və “Əsəndərə-Sero” sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Son aylarda Türkiyənin İranla sərhəd məntəqələrində terror aktlarının artdığı səbəbindən adını çəkdiyimiz keçid məntəqələrinin fəaliyyətində problem yaranmışdır. Artıq hər üç keçid məntəqəsinin açıq olduğu və adi vəziyyətdə fəaliyyət göstərdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed