01.02.2012 [12:46] - Diaspor
Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirəcək
Diasporla İş üzrə Dövlət Komitəsindən Davam.az-a verilən məlumata əsasən,mənzil-qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək.
BAK idarə heyətinin Niderland Krallığının Brabant əyalətinin Tiburq şəhərində keçirilmiş toplantısında bununla əlaqədar xüsusi komissiyanın yaradılması qərara alınıb. İdarə heyətinin qərarına əsasən, komissiyaya rəhbərlik BAK-ın sədri Sahil Qasımova, ümumi təşkilatçılıq və nəzarət işləri isə sədr müavinləri Elsevər Məmmədova, Ofelya Babayevaya və Musa Pünhana həvalə olunub.
Konqres 7 minlik Xocalı sakininə qarşı ermənilərin törətdikləri vəhşilikləri Benilüks məkanındakı əhaliyə çatdıracaq. BAK bu gün dünya ictimaiyyətindən qondarma “erməni soyqırımı”nı tanıtmaq yolunda dəridən-qabıqdan çıxan ermənilərin özlərinin azərbaycanlılara qarşı soyqırımı törətdiklərini çatdırmaqla onların əsl simasını ifşa etməyə çalışacaq. Bu məqsədlə BAK Niderland Krallığının inzibati mərkəzi hesab edilən Haaqada ölkə parlamenti qarşısında kütləvi nümayişlər, parlamentin Xocalı soyqırımına siyasi qiymətin verilməsi istiqamətində deputatlarla görüşlər keçirmək planlaşdırılır. Həmçinin Amsterdamdakı Yəhudilərin Tarix Muzeyində azərbaycanlı uşaqların Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərginin təşkili, burada Haaqada akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin və Niderlandın siyasətçilərinin iştirakını təmin etmək, krallığın Soyqırımı İnstitutunda konfransın, Brüsseldə isə Avropa Parlamentinin və Ermənistan səfirliyinin qarşısında etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, Lüksemburq parlamentində Xocalı faciəsinin gündəmə gətirilməsi və bu hadisələrə siyasi qiymətin verilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |