Şrift:
Sepah-ın daha 4 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb
27.10.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 4 üzvü Suriyada gedən döyüşlərdə İŞİD qüvvələri tərəfindən öldürülüb.
İran mənbələrinin yaydığı məlumata görə, “Sepah”ın Gilan əyalətindən Suriyaya göndərilmiş üzvü Səccad Tahirniya oktyabrın 25-də, Mazandaran əyalətindən olan Seyid Ruhullah Emadi isə oktyabrın 24-də Hələb şəhərində İŞİD-çilər tərəfindən öldürülüb.

Həmçinin ölkənin Xuzistan əyalətyindən Suriyaya göndərildiyi bildirilən “Sepah”çı Məhəmməd Zəhiri oktyabrın 24-də Hələb şəhəri yaxınlığında İŞİD qüvvələrinə qarşı hərbi əməliyyatda həlak olub. İran mediasının yaydığı məlumata görə, “Sepah”ın “Ənsar əl Məhdi” təhlükəsizlik bölməsinin üzvü Əmin Kərimi isə oktyabrın 22-də Hələb şəhərində cərəyan edən savaşda öldürülüb.

Qeyd edək ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas müttəfiq və himayədarlarından biri sayılır. Son həftələrdə isə Əsəd rejimini qorumaq üçün Suriya ordusu ilə birlikdə İŞİD-çilərə qarşı keçirilən hərbi əməliyyatlarda “Sepah”ın onlarla komandir və üzvü həlak olub.
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed