Şrift:
İsril Səfiri İranın hazırladığı terrordan danışıb
01.02.2012 [12:49] - Xəbərlər
İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bildirib ki, Azərbaycanda özümü çox rahat hiss edirəm.Bu sözləri İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bir sıra xarici ölkə vətəndaşlarına, o cümlədən İsrailin ictimai xadimlərinə qarşı hazırlanan terror aktlarının qarşısını alması ilə bağlı suala cavabında deyib. O, səfirliyin terror təhlükəsi ilə əlaqədar gördüyü təhlükəsizlik tədbirləri haqda danışmayıb.İkitərəfli münasibətlərdən danışan diplomat əlaqələrin bütün sahələrdə əla səviyyədə olduğunu və inkişafın davam etdiyini söyləyib. Səfir iqtisadi və biznes sahəsində inkişaf gözlədiyini vurğulayıb: “Yaxın gələcəkdə Azərbaycanda İsrail və Azərbaycan şirkətlərinin iştirakı ilə yüngül sənaye müəssisələrinin açılacağı gözlənilir. Bu proses yarım ilə qədər reallaşacaq”.
İrandan Ermənistana çəkiləcək boru xəttinin rahat çalışması sual altındadır
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed