28.10.2015 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 26-da İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 4 üzvü Suriyada İŞİD-çilərlə savaşda öldürülüb.
“Sepah”çılar Puya İzədi, Seyid Vəhid Nomi, Həmidrza Dayı Taqı və Cabbar Əraqi Suriyanın Hələb şəhərində İŞİD qüvvələrinə qarşı keçirilən hərbi əməliyyatda həlak olublar. Öldürülən “Sepah”çıların meyitlərinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.
Yayılan məlumatlara görə həlak olanlardan Seyid Vəhid Nomi İranın Şərqi Azərbaycan əyalətindən, başqaları isə ölkənin digər əyalətlərindən Suriyaya göndərilmişdi.
Qeyd edək ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas müttəfiq və himayədarlarından biri sayılır. Son həftələrdə isə Əsəd rejimini qorumaq üçün Suriya ordusu ilə birlikdə İŞİD-çilərə qarşı keçirilən hərbi əməliyyatlarda “Sepah”ın onlarla komandir və üzvü həlak olub.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |