28.10.2015 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid oktyabrın 26-da jurnalistlərə açıqlamasında İranda insan haqlarının acınacaqlı durumundan və edamların sayının kəskin artmasından danışıb.
Əhməd Şəhid İran İslam Respublikasında ötən illə müqayisədə edamların sayının 25 faiz artması barədə xəbərdarlıq edib: “Cari ilin əvvəlindən indiyə qədər İranda 700 nəfərə yaxın insan edam edilib. Şübhəsiz ki, bu rəqəm bu ilin sonuna qədər 1000 nəfərə qədər çatacaq. Bu isə 2014-cü illə müqayisədə edamların sayında 25 faiz artım deməkdir. Halbuki ötən ildə İranda edam edilənlərin sayı 753 nəfər olub”.
İran İslam Respublikasının qadınlara qarşı ayrı-seçkilik siyasəti yeritməsindən, kişilərlə müqayisədə qadınları 2-ci dərəcəli vətəndaş saymasından gileylənərək İranda insan hüquqlarını pozanların ifşa edilməsini və onlara sanksiya qoyulmasını tələb edib.
Əhməd Şəhid həmçinin hazırda İranda 40 jurnalistin əsassız bəhanələrlə tutulub həbsə salınmasını qınayaraq, onların dərhal azadlığa buraxılmasını tələb edib.

Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |