28.10.2015 [11:49] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti "WizzAir" Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə mütəmadi reyslərin bərpa edilməsi barədə razılığa gəliblər.
Bu məqsədlə "WizzAir" və "Ground Handling Company" arasında reyslərə xidmət göstərilməsinə dair saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən "Ground Handling Company"nin rəhbəri İlqar Ələkəbərov, "WizzAir" tərəfindən isə aviaşirkətin baş direktoru Yojef Varadi imzalayıb.
Saziş əsasında "WizzAir" 2016-cı ilin martından Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə mütəmadi reyslərin həyata keçirilməsinə başlayacaq. Aviaşirkət əvvəlcə reysləri həftədə bir dəfə reallaşdıracaq, yayda isə onların tezliyini həftədə ikiyədək artıracaq.
Əldə edilmiş razılığa əsasən, "WizzAir" bütün il ərzində Budapeşt-Bakı-Budapeşt mütəmadi reyslərini həyata keçirməyi üzərinə götürür.

Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |