28.10.2015 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumunun rəisi ayətullah Haşimi Rəfsəncani oktyabrın 26-da jurnalistlərə açıqlamasında ölkənin nüvə proqramından və İranın nüvə silahına yiyələnmək gücündən danışıb.
Rəfsəncani deyib ki, İran İslam Respublikasının əsas hədəfi nüvə proqramını dinc məqsədlərlə irəli aparmaq və nüvə enerjisindən istifadə etməkdir: “Lakin hər ehtimala qarşı İranın nüvə silahına yiyələnmək gücü və qabiliyyəti qorunub saxlanılacaq. Baxmayaraq ki, bizim nüvə silahına doğru irəliləməyə icazəmiz yoxdur. Lakin əgər nə vaxtsa şərait və zərurət yaranarsa, və ya əgər İran İslam Respublikası haçansa ona qarşı həmin silahdan istifadə etmək istəyən bir düşmənlə qarşılaşarsa, o zaman biz də qoruyub saxladığımız həmin güc və qabiliyyətimizdən istifadə edəcək, eyni addımı atacağıq”.
Qeyd edək ki, Haşimi Rəfsəncani İran prezidenti Həsən Ruhani hökumətinin Qərblə apardığı nüvə danışıqlarının və Tehranla 5+1 qrupu arasında iyulun 14-də Vyanada əldə edilmiş yekun nüvə razılaşmasının əsas tərəfdarlarından biridir.

Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |