28.10.2015 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İran parlamentindəki millət vəkili növbəti dəfə Urmu gölü böhranına toxunub.
Nadir Qazipur bildirib ki, “Urmu gölünün canlandırılmasına hər il vəsait ayrıldığı halda, biz yenə də gölün qurumasına şahidik!”
Millət vəkili ötən il 722 və cari ildə 100 milyard tümənin Urmu gölü üçün ayrıldığını vurğulayaraq belə bir sual ünvanlayıb: “Urmu gölünə bu qədər vəsait ayrıldığı halda, nə üçün göldə vəziyyət dəyişmir!? Bu pullar haralara xərclənir bəs!?”
N.Qazipur vurğulayıb ki, “Urmu gölünün canlandırılmasına ayrılan pulların harada xərcləndiyi aydınlaşmalıdır. biz bu pullarla keçirilən konfranslar və tədbirlərin Urmu gölünün dərdinə dərman olmayacağını dəfələrlə bildirmişik.”
Millət vəkili Urmu gölündə bu il su səviyyəsinin 40 santimetrə qədər aşağı düşdüyünü də xüsusi diqqətə çatdırıb.

Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |