28.10.2015 [12:32] - Gündəm, DAVAMın yazıları
Bu il “Kitabi-Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasından 200 ili ötür. Dünyanı heyrətləndirən bu möhtəşəm abidənin canlı olaraq yaşadılması, ömürləşməsi hər birimizdən ulusallıq üstə yaşamağı, ulusal ruhu qorumağı, artırmağı, bir sözlə, Dədə Qorqud ənənəsinə layiq olmağı tələb edir.
İnam Atanın (Asif Atanın) “Doğmalıq” əsərində “Dədə Qorqud Kitabı”nın ulusal ruhu (ilahi insani birlik, türk ailəçiliyi, adqoyma gələnəyi, bənzərsiz doğmalıq çalarları və s.) təhlil olunur, xalq ruhunun ölməzliyi, ulusal-bəşəri imkanlarının tükənməzliyinə inam vurğulanır. Ulusal-bəşəri ruha dərin sevginin ifadəsi olan “Doğmalıq” əsərini sayğılı oxusulara sunuram.
İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü
***
1. Doğma söz
“Gəlimli-gedimli dünya!” (Gələn əvəzinə, gedən əvəzinə).
Köklü-köməcli, yüklü, yerişli Yol Sözü, İz Sözü! Əsas xassəni, mənanı, mahiyyəti ifadə eləyən Əməlli, Təpərli Söz!
Dərinliyə varan, dərinliyi üzə çıxaran! Həmişəlik!
“At üstü həyat tərzində” “atüstülük” yoxmuş! At üstündə deyilən sözlərdə Yol - İz müdrikliyi var. Yolda doğulan. İzdə doğulan!..
“At üstü” hərcayiliyini sonrakılar yaradıblar. Gəlimli-gedimli Sözlər at üstündə deyilib - hikmətanə, filosofanə!
“At üstü düşüncədə” “atüstülük” yoxdur! At üstündə möhkəm deyiblər Sözlərini Atalar!
Atlılar İdraklı olublar!
Gəlimli-gedimli dünya kəşf eləyiblər! Kəşflərini yığıb-yığışdırmayıblar, filosofluqları zahiri mütəfəkkirliyə bənzəməyib, ancaq daxili məzmunu nurlandırıblar!..
Həmin hikmət içərimizdədir, “gəlimli-gedimli” dünyayla birik, çünki o dünyanı irsən bizə bəxş eləyiblər, bunu duysaq da, duymasaq da.
“Son ucu ölümlü dünya!”
Ölüm dünyanın adi axırı deyil, son ucu-ucalığıdır Ataların təsəvvüründə.
Ölüm enişi əslində hardasa Ölüm Yüksəlişdir. Ölüm ucdur, ucalıqdır. İnsan ölümə ucalır.
Ölüm son ucdur, yəni həyatın son ucalığıdır...
Ölüm hardasa Dağdır. Ölüm Atlını Atdan salır, ancaq Ucalıqdan salmır.
Ölüm Ucalığı Atlı Mütəfəkkirlərin kəşf elədiyi hikmətdir.
Əslində həmin hikmət içərimizdədir. Ölüm Ucalığıyla tənik, çünki onu bizə irsən bəxş eləyiblər, bunu duysaq da, duymasaq da.
“Üzü suyuna bağışlamaq!”
“Üzün suyu varmış!” Ataların təsəvvüründə. Bu səbəbdən də üz suyunu gözlə içirmişlər. Üz su kimi duru olmalıymış! Üz suya bənzədilərmiş! Su kimi müqəddəs sayılarmış! Üzdə bulaq saflığı arayarmışlar!
Əsl, böyük, müdrik kəşfdir üz suyu !
Üzdən kir silinməliymiş, kin silinməliymiş, rəzalət silinməliymiş, qəbahət silinməliymiş! Üzü su kimi içmək olarmış!..
At üstündə üz müqəddəsliyini görmüşlər Atlılar. Əslində həmin görüş içərimizdədir, sulu üzlə tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Halalım!”
Arvad halal demək imiş Ataların dilində. Haramlığa zidd, müqəddəs məhrəmlik demək imiş!
“Halalım!” – deyə müraciət eləyirmişlər arvadlarına Atalar.
Halala haram qatmaq olmazmış!
Əslində həmin tələb içərimizdədir, halallıqla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Səni yağı nə yerdən darımış, gözəl yurdum?!“
Yağı yurdu darımış! (Parçalamış yox, paralamış yox, dənləmiş, yığıb-yığışdırmış).
Burda yurdun hər qarışı saya alınır: yurd dən-dən görünür, duyulur.
Yurd adlanan Zəmini yağı darıyır, yurd dən-dən olur.
Atalar üçün Torpaq müqəddəs ruzu imiş-dən-dən sayılan!
Əslində bu qiymət içərimizdədir. Torpaqla tənik, çünki onu bizə irsən bəxş eləyiblər, bunu bilsək də, bilməsək də.
“Ürək oynadı!”
“Ürək titrədi!” deyirlər adətən, “ürək oynadı!” – demirlər.
Ataların ürəyi oynayır!
Oynamaq İnsani xassədir.
Ürək İnsanlaşanda, insan kimi həmdəmləşəndə oynayır.
Atlı at üstündə ürəyiylə qardaşlaşır, Ürək atlı insanla sirdaşlaşır və təbiidir ki, belə Ürək oynaya da bilər, gülə də bilər, danışa da bilər.
“Ürəyin oynaması!” Atalar üçün adi haldır, onlar bu sözü müstəqim mənada işlədirlər. Qədimlərimizdə bədii düşüncə adi düşüncədən ayrılmır, hər çikisində təbii, Yol üstü hikmət var.
Bu vəhdət içərimizdədir, təbii bədiyyatla tənik, çünki onu bizə irsən bəxş ediblər, bunu bilsək də, bilməsək də.
“Ər qopdu!”
Oddan qoparlar. Dağdan qoparlar, həm də Odla, Dağla bir olarlar, ayrı olsalar da, özgələşməzlər.
Möhkəmdən, sabitdən, əbədidən qoparlar. Qığılcım kimi, çınqıl kimi.
Qopmazdan qoparlar!
“Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu”. Boy Atalarda şəxsiyyətin boyuna biçilir. Şəxsiyyət Boydan qopur ki, boyu yaşatsın!
Bu hal içərimizdədir əslində, onunla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Bəbəkləri bitsin!”
“Bəbək Atalarda “bala” sözüylə təndir.
Balanın böyüməsi, ərsəyə çatması “bəbəyin bitməsi”nə tən sayılır.
“Bala göz bəbəyimdir!” ideyası burada hədsiz dərəcədə gözəl, canlı, təbii ifadə olunmuşdur!
Övlad “bəbək kimi bitir” sözündəki məlhəmlik sonsuzdur!
Balanın bəbəliyi, yəni bəbəkliyi ali və zərif hikmətdir!
Bu zəriflik əslində içərimizdədir, onunla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Göz açıban gördüyüm, könül verib sevdiyim!”
Qədimlər Sevgilərini bir dəfə görürmüşlər, çünki onlar hər baxmağı görmək saymırmışlar, görməklərində bir həmişəlik, əbədilik, seçməlik varmış. Bir dəfə gördüklərini həmişəlik sevərmişlər!
Görmək baha iş imiş, könül verməyə bərabər əməl imiş!
Bir dəfə görən birdəfəlik sevirmiş!
Bu ləyaqət içərimizdə yaşayır, onunla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Ortacım oğul!”
Yəni bətnim oğul, bətnimdən ayrılsa da, bətnin olaraq qalan oğul, qanı qanımdan, canı canımdan ayrılmaz oğul!
Bu duyğu içərimizdədir, onunla tənik, çünki onu bizə irsən bəxş ediblər, bunu bilsək də, bilməsək də.
“Anam kişi, Bacım kişi!”
Yəni kişi möhtəşəmliyiylə, qüdrətliyiylə, sərtliyiylə yanaşı duran kişi zərifliyi, incəliyi, yaxınlığı, həssaslığı.
Döyüşkənlərin ürəyiyuxalığı!
Bu həssaslıq içərimizdədir, onunla tənik, çünki onu bizə irsən bəşx rdiblər, bunu bilsək də bilməsək də.
2.DOĞMA OXŞAMALAR
“Başım baxtı, evim taxtı!”
Bəxt başdaymış Atalarda, başı davalıymış Atalar, ölümlər, qadalar, qələbələr, məğlubiyyətlər gəlirmiş başlarına!
Baxtları başlarındaymış Ataların.
Baş verib baş alırmışlar!
Başlarından keçirimişlər, müxənnət başı kəsirmişlər.
Baxt Ağacı başlarındaymış!
Başlarında açılırmış baxtları, başlarında bağlanırmış!
Başa and içirik, Atalarımızın baxtını başımızda daşıyırıq, başı davalı, ayağı sayalıyıq Atalarımız kimi.
Ataların şahlıqları Evləriymiş, taxt Evdə qurulurmuş, Evə (öyə) sahib olan əslində Göyə sahib olarmış, Ev (Öy) taxtı əslində Göydə qurularmış!
Ataların Göylər yerdəymiş, yəni Evdəymiş (Öydəymiş)!
Əslində Evlənmə (Öylənmə) Göylənmə olmalıdır. Evlənəndə (Öylənəndə) Göylənməliyik, mənən möhtəşəmlənməliyik, Atalarımız kimi!
“Qanlı suyum daşqını!”
Qan görmüş, qanlı sulara qərq olmuş, qanlı sulardan çıxmış Atalar qandan-qadadan qorxmurdular, hürkmürdülər.
Qanlı su daşqınından oxşama düzürdülər. Gözlərinin qabağından daim qanlı su axırdı və sinələrindən axan qanları xatırladırdı.
Əzizlər qanlı su daşqınına oxşayırdılar və əzizlərini ona oxşadırdılar.
“Qara dağım Yüksəyi oğul!”
“Qaza bənzər qızımın-gəlinimin çiçəyi oğul!”
Həm yüksəyin yüksəyi, həm incənin incəsi sayılırmış Ata övladları!
Dağ yüksək olandır. Övladlar Ata dilində Dağ Yüksəkliyi deməkdir!
Qız-gəlin incə olandır, Övladlar Ata dilində Qız-gəlin çiçəyi deməkdir!
Möhtəşəmliklə zərifliyin ekizliyini kəşf eləyiblər Atalar!
Sazlarımızda səsləndiriblər!
Dağ Yüksəkliyində qız zərifliyi görüblər! “Yüksələn incələr!” deyiblər.
“Xan babamın göygüsü,
Qadın anamın sevgisi!”
Kürəkən təkcə arxa (kürək) sayılmayıb Atalarda, həm də göykü, göylü, Göy (Səma sayılıb). Kürəkən qayınatanın göyüymüş qədimlərdə.
Kürəkənin göyləşmək aqibəti, ləyaqəti olub Atalarda.
O həm də qayınatanın sevgisi çağırılıb, Sevgi (söygü) sözü şdə göy sözüylə təndir.
Kürəkən qayınanasının sevgisində göyləşirmiş. Göylü olublar Atalarımız, kürəkən göyü kəşf eləyiblər yerdə!
“Dilin üçün öləyim, gəlinciyim!
Ağzın üçün öləyim, gəlinciyim!”
“Gəlinciyim” olub Analarımız üçün gəlinlər! Hədsiz dərəcədə özününkü, Yadlıqdan uzaq!
Gəlin diliyçün ölürmüşlər.
Çünki gəlin dilində Doğmalıq danışırmış! Çünki bu doğmalıq Analarımız üçün hədsiz dərəcədə gərəkli, əvəzsiz imiş! Çünki bu doğmalıq Analarımızı yaşadırmış! Çünki gəlinlə bərabər Evə (Öyə) Doğma Dil və Ağız da gəlirmiş!
Çünki Analar Doğmalıq “ölüsüymüşlər!”
3.DOĞMA ADLANMALAR
“Ulaş oğlu, Tulu quşun yavrusu, bizə miskin umudu, Ümmət soyunun aslanı, Qaraçuğun qaplanı, qonur atın ayası, Xan Uruzun ağası, Bayındır xanın göyküsü, Qalın Oğuzun dövləti, qalmış yigit arxası Salur Qazan!”.
Adlanmaq, ad almaq üçün Ataya oğul olmalıydın, qüdrətiyə dost, miskinə ümid, Hümmət soyuna aslan, təbiətə qaplan, ata yiyə, Övlada ata, qaynataya göy, soya dövlət, iyidə arxa; adın Atayla, Təbiətlə, Qüdrətlə, Nəsillə, Ocaqla bağlanmalıydı!
Atan üçün də ad daşıyırsan, övladın üçün də, soyun üçün də.
Bir adda yüz ad yaşadırdın!
Ləngərliydi adlar, ləngərli yük düşürdü Adlananın çiyninə!
Həlqəliydi Adlar, çünki zəncir həlqəsi kimi bir-birinə bağlı olurdu Şəxsi Ad. Nəsil Adı. Əməl Adı.
Adlanırdılar, atlanırdılar, Atalanırdılar qədimlər!
Atanı atla görürdülər, atlara minirdilər, adlarını atlara mindirirdilər, atlaşırdılar. Atalaşırdılar.
“Bayandır xanın yağısını basan Şir Şəmsədin. Parasarın Bayburd hasarından pırlayıb uçan Beyrək, ər böyüdən Dəli Dodar.
Qoşa burcdan qayım oxu əylənməyən Yuğrançı oğlu İlalmış.
Əjdahalar ağzından adam alan Dəli Əvrən.
Yeırin bir ucundan o biri ucuna yetəm deyən Soğan Sarı...”
Adlar toxum kimi yollara səpilib, əməllərə səpilib, ağac kimi yollarda bitib, əməllərdə bitib, meyvə kimi yollardan dərilib, əməllərdən dərilib.
Adlanmaq əslində aydınlanmaq, işıqlanmaq, işıq saçmaq olub Atalalrın adətlərində.
4.DOĞMA AĞLAMALAR
-“Dartdı, yaxasın yırtdı, acı dırnaq ağ üzünə aldı, çaldı.
Küz alması kimi al yanağın yırtdı”.
Ağlamağı bacarmışlar qədimlər.
İtkiyə yanmışlar qədimlər.
Dərdə qalanmağı bilmişlər qədimlər.
Dərdə qalanmışlar və dərdi yandırıb kül eləmişlər qədimlər!
Nalə çəkməyi bacarmışlar və nalələrində dərdlərindən ayrılmışlar və nalələrində dərdlərindən ayrılmışlar!
Dərd qəm olmuş, ələm olmuş, müsibət olmuş və qəmdə, ələmdə, müsibətdə xar olmuş! Dərd zildə oxunmuş və bitmiş!
Dərd çəkməkdən qorxmurdular qədimlər və bu səbəbdən də dərd çəkilirdi qədimlərdən!
“Ağ otağı qoyuban qara otağa girən qızlar!
Ağ donları çıxarıb qaraları geyən qızlar!”
Zülmət otağına aparır dərd və dərd otağında işıqlanır zülmət !
Ağ otaqdan qara otağa dərd aparır dərd və dərd otağında işıqlanır zülmət!
Ağ otaqdan qara otağa dərd dərdliləri və qara otaqda dərd ağlanır.
Qara dərd qaralədır həyatı, qara dərdi göz yaşı silir həyatdan.
Ağlama şiddətində əriyir dərd!
Ağlayan ağlanır!
“Sam yelləri əsmədən qulağım çınlar,
sarımsaq otun yemədən içim göynər.
sarı ilan çalmadan ağca tənim qalxar, şişər,
qurumuşca köksümdə südüm oynar!”
Dərdin sözünü eşitməlidir insan, göynəməlidir insan; dərd ilanı çalacaq onu, dözməlidir, qurumuş sinəsinə süd gələcək dərddən, bilməlidir!
Dərd məqamı müdhiş məqamdır.
Həmin məqamda ağlayan, həmin məqama ağlayır!
“Tutar əllərim tutmaz oldu,
Görər gözlərim görməz oldu”.
Dərd məqamında tutmaz olan əllər adətən mərdlik məqamında tutarlı olur.
Dərd məqamında görməyən gözlər adətən mərdlik məqamında görər olur.
Qədimlərimiz ağlamağı bacarıblar, dərdi bağlamağı bacarıblar!
5.DOĞMA DEYİM
“Qarlı qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!”
Dağlarla tənmiş qədimlərimiz! Dağ üstündə deyirmişlər sözlərini.
Ağacla tənmiş qədimlərimiz! Ağac üstə deyirlərmiş sözlərini.
Dağ üstə köklənirmişlər!
Ağac üstə köklənirmişlər!
Dağ iyid əzmiymiş Atalarımız üçün – yıxılmaz!
Ağac iyid biləyiymiş qırılmaz!
Dağ insanlaşırmış, ağac insanlaşırmış istəklərində, alqışlarında.
Dağlı, ağaclıymış qədimlərimiz!
“Qarşı yatan qara dağı
Sorar olsam, yaylar kimin?
Soyuq-soyuq sularını
Sorar olsam, içət kimin?
Tovla-tovla şahbaz atların
Sorar olsam, binət kimin?”
Təblə, ilhamla tən olublar qədimlərimiz!
Təbii danışıq, hiss, düşüncə axarından süzülüb təb.
Təb üstündən kəkləniblər danışıblar: mahnılaşıb söhbətləri.
Dediklərini həm də ürəklərində oxuyublar!
Söz ahənglə sıralanıb, nizamlanıb, çiçək kimi gözəlliyini özündə gəzdirib, yaşadıb.
Xüsusi təb dili olmayıb qədimlərimizin, qeyri-adi dərəcədə adi, doğma dildə səslənib təb!
“Ala gözlü görklü halalım yüklü qoydum!”
“Yük” sözü burda ülviləşib. Bala yükündən danışırlar, analıq yükündən danışırlar burda.
Müqəddəs məzmun üçün yeni söz uydurmurlar, onu köhnədə, adidə deyirlər və köhnə, adi yeniləşir, qeyri-adiləşir!
Köhnə söz çiyninə təzə, müqəddəs yük götürür.
“Ağam Beyrək” gedəli yayladım yox.
Atam Beyrək gedəli köçərim yox”.
Atalar sözünün kəsəri sözün kəsərliyindədir.
Atalar az danışırmışlar, ancaq möhkəm danışırmışlar, çox sözlüyə yox, az sözlüyə meyl eləyirmişlər, sözləri birləşdirirmişlər və sözlərin təpəri artırmış!
Qısa sözün mənzili uzun olurmuş!
“Yayladım” sözü yaylaqda qaldım, yaylaqladım deməkdir.
“Köçərim” sözü köç etdim deməkdir. “Ancaq “yayladım”da, “köçərim”də məna birdəfəlik tam və ahəngdar deyilir.
Burda ahəng mənadan ayrılmır, mənaya “geyindirilmir”, mənadan törəyir, məzmunla ifadə arasında gözəl birlik yaranır; yol üstə deyilmiş sözdü bu söz – gərəkli, zəruri, bütöv, bərəkətli!
“Bədöy atın saxlardım,
Bu gün üçün, günü gəldi.
Ala uran sur cidanı saxlardım,
Bu gün üçün, günü gəldi.
Əyri bəx dəmir donum saxlardım,
Bu gün üçün, günü gəldi”.
Eyni məqamın, mənanın, ahəngin ardıcıl təkrarı deyimə hökümlü bir qətiyyət Ataların düşüncəsində, həyat tərzində həmişə yaşayıb və o, dilimizin əsas ahənginə çevrilinb əslində.
Danışıqda bədiyyatda müşahidə etdiyimiz təkrir zənginliyi adi dil hadisəsi olaraq qalmır; xəlqi psixologiya səviyyəsindədir bu qayda.
Qətiyyət, imperativlik düşüncəmizin mayasındadır, buna görə də təkrir məsələsi idraki məsələdir bizdə.
“Ağ işıqlı atları yanıma saldım,
Ağ saqqallı Dədəm Qorduddan öyüd aldım”.
Ağ dilimizin əsas rəngidir. Dilimizdə ağla bağlı sözlər sonsuzdur.
Ağ - işıq rəngidir.
İşıqlıymışlar Atalar.
İşıq ardınca gedirmişlər, işıq aparırmışlar!
“Səksən min ər gördümsə, səksənmədim!
Doxsan min yağı gördümsə, donatmadım.
Otuz min ər gördümsə, ota saydım,
Əlli min ər gördümsə, əl vermədim”.
Burda söz oyunu yoxdur, məna uyarlığı var və bu uyarlığın yaratdığı gözəl söz çalğısı var!
“Səksən” sözü “səksənmək” sözüylə burda yalnız biçim baxımından səsləşmir, ən çox daxili məna baxımından səsləşir: səksən burda qüdrəti ifadə eləyir, hünərin miqyasını bildirir.
Səksən min ər bir iyidi səksəndirə bilmir!
Digər tərəfdən səksənlərin səslənməsində rəvan söz çalğısı yaranır və həmin qüdrət bu çalğıda daha da gözəlləşir.
Daxili mənayla söz ahəngi arasında təbii uyarlıq yaranır.
“Doxsan”la “donatma” arasındakı səsləşmə də həmin qəbildəndir.
Doxsan min yağıya doy gəlmək qüdrəti vəsf olunur burda və “donatmadım!” nidasında çalınır.
“Otuz” ilə “ot” arasındakı səsləşmədə də mənayla biçim uyarlığı təsdiq olunur: otuz min yağını ot saymayan qəhrəmanlıq çağırılır burada.
“Əlli”ylə “əl verməık” sözləri arasındakı ahəngdarlıq da mənaya qulluq edir. Əlli min ərə əl verməyən iyid haqqında söz deyilir, saz çalınır.
6. DOĞMA HAL
“Qoy məni, qadın ana, çəngələ vursunlar, qoy ətimdən çəksinlər, qara qovurma etsinlər, qırx bəy qızının önünə ilətsinlər.
Onlar bir yeyəndə, sən iki yegil!”
Namus hayındaymışlar Ataların Övladları, can hayında deyilmişlər!
Canlarından keçərmişlər, namuslarından keçməzmişlər!
Analarına Qardaşıymışlar qeyrət dərdi çəkən!
Qeyrətlə durub, qeyrətlə otururmuşlar!
Qeyrətlə yaşayıb, qeyrət üçün ölürmüşlər!
“Hey, ana, ərəbi atlar olan yerdə bir qulunu olmazmı olur?
Qızıl dəvələr olan yerdə bir köşəyi olmazmı olur?
Sən sağ ol, qadın ana, babam sağ olsun!
Bir mənim kimi oğlan bulunmazmı olur?”
Ataların Övladları öz əvəzsiz ömürlərini əvəzli saymağı bacarırmışlar! Ömürdən beşəlli yapışmayıblar, namusdan beşəlli yapışıblar!
“Mən ölsəm də Atam övladsız qalmayacaq!” deməyi bacarmışlar.
“Ölümümlə ailəm ölmür!” deməyi bacarmışlar.
Ölümü saymamışlar!
“Qalxıbanı yerimdən duram – derdim.
Yelisi qara qazlıq atıma minəm – derdim.
Qalın Oğuz içinə girəm – derdim.
Yürüyə bəni oğlu ulu gərdəyə keçirəm - derdim”.
Gərdək murazlı analar, ağ otaq murazlı analar murazlarlna yetməyəndə ağ atlarına minirmişlər, yağı üzərinə gedirmişlər, yağı ordusunu basırmışlar, balalarını yağı pəncəsindən qurtarırmışlar, ağ otağa, ulu gərdəyə gətirirmişlər. Gərdək murazlı Analar yel atlıymışlar, qılınclı-qalxanlıymışlar, düşmən anası ağlatmağa qadir imişlər!
“Qara qoçda qazlıq at bundan keçdi,
Quluncuğu kişnəyib belə keçdi.
Quluncuğum aldırmışam, kişnəyimmi?!
Ağayılda ağca qoyun bundan keçdi,
Quzucuğu məkləşib belə keçdi.
Quzucuğum aldırmışam, bozlayımmı?!”
Belə deyib köks ötürən Analar döyüş qətiyyətinə qurşanmağı da bacarıblar.
“Paralanıb qazlıq atından enməyincə,
Yenimlə alca qanım silinməyincə,
Qol bud olub yer üzünə düşməyincə,
Yalnız oğul xəbərini almayınca
Kafir yollarından dönməyəyim!!!” –deyiblər.
Cəngavər olublar Analar, can veriblər balalarına!
“Mana bir qız al ki, mən yerimdən durmadan
ol durgəz gərək!
Mən qara qoç atıma minmədən ol minmək gərək!”
Qoçaq oğullar qoçaq qızlara evlənirmişlər!
Evə qoçaq gətirirmişlər!
Qoçaq evi tikirmişlər.
Qoçaq Ocağı yandırırmışlar.
Halalları qoçaq olurmuş kişilərin!
Qoçaqlıqla gün keçirirmişlər, qocalırmışlar!
“Ərqab-ərqab qara dağın yıxılmışdı, ucaldı axır!
Qanlu-qanlu suların soğulmuşdu, çağladı axır!
Şahbaz atın qarımışdı, qulun verdi axır!
Ağ qoyunun qarımışdı, qulun verdi axır!”
Müjdə çağlayırmış Atayurdda, müjdə çayı yaraşırmış, müjdə yazı açılırmış, müjdə dağı qalxırmış? Müjdə sevdası başlarmış!
Müjdə havasına oynayırmış yer – göy!
“İt kimi ku-ku edən çirkin xırslı,
Küçücük donuz şülənli!”
Ataların nifrətləri, hiddətləri böyük olub!
İtləşib donuzlaşıb yağılar Ataların duyğusunda, idrakında!
İtlərlə döyüşüblər, donuzlarla döyüşüblər!
Nifrətdə itiləyiblər qılınclarını, hiddətdə itiləyiblər qılınclarını.
İt başı kəsiblər, donuz başı kəsiblər!
“Çal qılıncın, qardaş Qazan, yetdim! – dedi.
Çal qılıncın, ağam Qazan, yetdim! – dedim.
Çal qılıncın, bəyim Qazan, yetdim! - dedi”.
Biriymişlər, yekdil imişlər Atalar “doğma yağılıq”dan uzaq olanda!
Bir kürəkli, bir əlliymişlər.
Bir-birinin köməyinə yetirmişlər, imdadına çatırmışlar!
Sel kimi axırmışlar yağı üstə!
Bir çalırmışlar qılıncı!
Bir-birinə dayaq olurmuşlar, dağ olurmuşlar!
“Altındakı alaca atın nə öyərsən,
Ala başlı keçimcə gəlməz mana!
Başındakı tuğulqanı nə öyərsən,
Başımdakı yun börkümcə gəlməz mana!
Ataların öyünmələrində lovğalıq yoxdur, ötkəmlik var; yağıya meydan oxumaq ləyaqəti var.
Lovğalıq əməlsizlikdir.
Ataların öyünməsi əməldir. Atalar yeri gələndə öyünməklə də döyüşüblər.
“Dədəm Qorqud gəlibən boy boyladı, söz söylədi”.
Boy boylayanlar, söz söyləyənlər bütün aləmin biliciləriymiş qədimdə, el ağsaqqallarıymış: gələcəyi görən ağılları varmış!
Boy boylayırmış, həm də soy saxlayırmış!
“Qanı dediyim bəy ərənlər, dünya mənim deyənlər?!”
At üstündə ölümü görmürmüş Atalar! Atdan düşəndə ölüm-itimlə rastlaşırmışlar.
Xiffət dolarmış ürəklərinə, nalə çəkərmişlər və atlarına minib yola düzələrmişlər – ölümlə döyüşməkçün!
7. DOĞMA QƏDİMLİYİMİZ
Doğmalıq “doğmaq” sözüylə təndir.
Qədimliyimizdən doğulmuşuq, yoğrulmuşuq!
Doğmalıq həm də “doğru” sözüylə təndir.
Doğmalığımıza doğru yol gedirik!

Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |