28.10.2015 [15:31] - Gündəm, Siyasi partiyalar, DAVAMın yazıları
Deputatlığa namizəd Həbib Ələkbərsoy haqqında bir neçə söz.
Doğrusu, qeydiyyata alınmış namizədlər içində çoxdan tanıdığım siyasətçi və yazar Həbib Ələkbərsoyun (Ələkbərov Həbib Müzəffər oğlu) adını görəndə xeyli sevindim və təəccüb etdim. Çünki, nə gizlədək, namizədlərin əksəriyyəti xalq haqqında, ümumiyyətlə, xalq, ədalət, həqiqət haqqında şüarlar və çıxışlarla gəlsələr də, sonrakı fəaliyyətlərində çox vaxt onları görmək olmur. Bunun səbəbi uzundur və o barədə danışmağa dəyməz, amma qeyd etdiyimiz kimi siyahıda Həbib Ələkbərsoy kimilər də var. Ona görə yox ki, o həqiqətən xalqın içindən çıxmış bir şəxsdir, həm də öz prinsipləri olan və öz prinsiplərinə sadiq olan bir adamdır.
Mən Həbib Ələkbərsoyu düz 10 ildir tanıyıram və arabir görüşüb, çay içir, söhbət də edirik. Ancaq maraqlı orasıdır ki, Həbibi gündəlik həyatımızın gedişləri ilə bərabər, tamam başqa şeylər, heç kimin maraqlanmadığı şeylər də maraqlandırır. Yəni, fəlsəfə - kainat, ulduzlar aləmi, təkamül, həyatın əmələ gəlməsi və sonraki taleyi, insanların bu həyatdakı rolu, onların faniliyi və ya ruhu, qədim filosoflar, müdriklər, onların düşündükləri, söylədikləri, həyatlarından və əməllərindən ibrətamiz nümunələr və hadisələr maraqlandırır və bizi yaxınlaşdıran da demək olar ki, bu məsələdir.
Bu kimi ideyalarla yaşayan bir adam heç şübhəsiz ki, deputat seçilsə, Milli Məclisimiz nə qədər qazanar və orada tutuquşu kimi oturanlardan tamamilə fərqlənən zəkalı, vicdanlı və xalq mənafeyini lazım olduğu kimi müdafiə edən bir cavan oturar.
Mən ümumiyyətlə, seçkilərə getmirəm, amma əgər Həbibin namizəd olduğu seçki dairəsində qeydiyyatda olsaydım, bu dəfə mütləq gedərdim.

Bu xəbər oxucular tərəfindən 1199 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |