29.10.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyada aərbaycanlı dinc fəalların həbsi davam edir.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya bölməsinin əməkdaşları və yerli hüquq mühafizə qüvvələri oktyabrın 27-si sübh saat 11-də dinc fəal Əli Əzizini tutmaq üçün onun atası evinə giriblər. Lakin fəal evdə olmadığına görə onun atasına deyiblər ki, bizim oğlunuzun həbsi ilə bağlı əlimizdə hökmümüz var və o gəlib özünü təslim etməlidir. Hökumət qüvvələri həmin gün axşam saatlarında yenidən fəalın evinə gəlsələr də o, evdə olmadığına görə onun valideynlərini təhdid etdikdən sonra gediblər.
Azərbaycanlı fəalın axtarılması və onun həbsinə cəhd göstərilməsi isə urmiyalı fəalların bölgədə kürd terrorçularına qarşı apardığı ifşaedici dinc fəaliyyətləri ilə əlaqələndirilir. Xatırladaq ki, Əli Əzizi bu ilin iyun ayında Urmiya gölünün qurumasına qarşı etiraz tədbirlərinə qatıldığına görə tutulsa da, az müddət saxlandıqdan sonra 50 milyon tümənlik mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Həmin gün Urmiyada təhlükəsizlik və polis qüvvələri milli zəmində apardıqları dinc fəaliyyətlərinə görə azərbaycanlı fəallar Süheyl Dəiri və Əmir İbrahimlunu tutub naməlum istiqamətə aparıblar. Tutulan fəalların hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.

Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |