Şrift:
Amerikalı general: İranın Suriyada 2 minə yaxın hərbi qüvvəsi var
29.10.2015 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Josef Dunford oktyabrın 27-də jurnalistlərə açıqlamasında İranın Suriya və İraqa göndərdiyi hərbi qüvvələrindən danışıb.
General Josef Dunford deyib ki, İranın İraqdakı hərbi qüvvələrinin sayı hər neçə vaxtdan bir dəyişir. Belə ki, vəziyyətdən asılı olaraq bəzən azalır, bəzən də çoxalır: “Bizdə olan məlumatlara görə, İranın Bəşər Əsəd rejiminə yardım etmək üçün Suriyaya göndərdiyi hərbi qüvvələrinin sayı 2 min nəfərə yaxındır. Həmçinin İranın İraqda fəaliyyət göstərən hərbi qüvvələrinin sayı min nəfərdən çoxdur. Lakin bu rəqəm situasiya və durumdan asılı olaraq vaxtaşırı dəyişilir”.

Qeyd edək ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas müttəfiq və himayədarlarından biri sayılır. Son həftələrdə isə Əsəd rejimini qorumaq üçün Suriya ordusu ilə birlikdə İŞİD-çilərə qarşı keçirilən hərbi əməliyyatlarda “Sepah”ın onlarla komandir və üzvü həlak olub.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed